525.Az

7 məktəb direktoru işdən azad edilib


 

7 məktəb direktoru işdən azad edilib<b style="color:red"></b> Bakı məktəblərində daxili nəzarət gücləndirilib.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən tədris ili ərzində Bakı şəhərinin məktəblərində məktəbda­xili nəzarətin təşkilinə dair reydlər təşkil olunub. Reydlərin məqsədi şagirdlə­rin dərsə davamiyyəti, məktəbli kitabçasından istifadə, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olub.

Reydin nəticələri ümumiləşdirilərək məktəb direktor­larının iştirakı ilə geniş müzakirə olunub və nöqsanların aradan qaldırılması məqsədilə əməli tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələr verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb.
 
Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub.
 





17.11.2014    çap et  çap et