525.Az

Rusiya İran və Azərbaycandan keçməklə dəmir yolu xətti çəkəcək


 

Rusiya İran və Azərbaycandan keçməklə dəmir yolu xətti çəkəcək<b style="color:red"></b> “Rusiya Dəmir Yolları” ASC İrandan Azərbaycan istiqamətində, daha sonra isə Rusiyaya dəmir yolu xətti tikmək və elektrikləşdirmək niyyətindir.
 
“APA-Economics”in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Dövlət Dumasının Nəqliyyat üzrə komitənin sədri Yevgeni Moskviçev məlumat verib.
 
“Son 3-5 il müddətində ikitərəfli münasibətlər sayəsində anlaşma əldə olunub. Dəmir yolu, aviasiya və dəniz rabitəsi üzrə memorandum imzalanıb. Düşünürəm ki, 2015-ci ilin iyul ayının əvvəlində digər lazımi sənəd imzalanacaq”, - deyə Y. Moskviçev bildirib.
 
Onun sözlərinə görə, İranla Rusiya arasında nəqliyyat sahəsində bir sıra cüzi problemlər var.
 
Y. Moskviçev deyib ki, İranda “Yaşıl kart” sistemi tam həcmdə hələ işə düşməyib. İran sürücüləri sistemi Rusiyada 1 ilə, rusiyalı sürücülər isə İranda 15 günə mənimsəyə bilər.
 





18.11.2014    çap et  çap et