525.Az

İlk «Boenig-787 Dreamliner» təyyarəsi bu ay Bakıya gətiriləcək


 

İlk «Boenig-787 Dreamliner» təyyarəsi bu ay Bakıya gətiriləcək<b style="color:red"></b>

Azərbaycanın aldığı "Boeing-787 Dreamliner" təyyarəsinin birincisi noyabr ayının sonlarında Bakıya gətiriləcək.
 
Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
 
M. Səfərlinin sözlərinə görə, sifariş verilmiş ikinci "Boeing-787 Dreamliner" təyyarəsi isə 2015-ci ilin əvvəlində Azərbaycana gətiriləcək.
 
"Bu təyyarələr ilə ABŞ-ın Nyu-York, Çinin Pekin və Avropanın bir neçə şəhərinə uçuşlar yerinə yetiriləcək", - deyə M. Səfərli vurğulayıb.
 
Qeyd edək ki, "Boeing 787 Dreamliner" istehsalçı şirkətin açıqladığı məlumata görə digər təyyarələrdən 20% az yanacaq sərfinə malikdir. Təyyarənin 290-330 sərnişin tutumlu versiyaları var. Uçuş mənzili modelinə görə, 2500 - 8500 dəniz milidir. İlk "Dreamliner" 2011-ci ildə istifadəyə qəbul olunub.

 





18.11.2014    çap et  çap et