525.Az

İndiyədək 15 400 ailə ipoteka ilə mənzil alıb


 

İndiyədək 15 400 ailə ipoteka ilə mənzil alıb<b style="color:red"></b> Azərbaycanda ipoteka kreditləşməsi hesabına indiyədək 15 400 ailə mənzil sahibi olub.
 
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib.
 
Onun sözlərinə görə, hazırda ölkədə ümumilikdə ipoteka portfeli 1 mlrd. manat təşkil edir:
 
“Bu məbləğin təxminən 600 mln. manatı Azərbaycan İpoteka Fondunun xətti ilə verilib. Bu məbləğə dövlətin ayırdığı vəsaitlər, eləcə də fondun özünün vəsaitləri də daxildir. Bankların öz vəsaitləri hesabına isə ümumilikdə 400 mln. manat həcmində ipoteka krediti verilib”.
 





18.11.2014    çap et  çap et