525.Az

Görkəmli alim və ictimai xadim


 

Görkəmli alim və ictimai xadim  <b style="color:red"></b>

Mübariz ALLAHVERDİYEV

Respublikanın əməkdar müəllimi, tibb elmləri doktoru,professor

Əhliman Əmiraslanov-65

Azərbaycan daim özünün  dünya şöhrətli alimləri, ictimai xadimləri, müəllim, həkim səhiyyə işçiləri ilə fərqlənib, vətənimizin başını hər yerdə uca edən, ona şan-şöhrət gətirən ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə bütün dövrlərdə olduğu kimi bu gün davam edir. Doğma, müstəqil Azərbaycanımızın hər uğuruna sevinən, ölkə başçımızın apardığı mükəmməl daxili xarici siyasəti nəticəsində əldə edilən yenilməz yüksəlişə şad olan, hər bir Azərbaycan övladı kimi bacardığı qədər bu yüksəlişə elm, təhsil müalicə-profilaktika  sahələrində, ictimai işlərdə  öz töhfələrini verən, ürəyi vətən üçün döyünən sədaqətli, səmimi, oğullarından biri bu günlərdə anadan olmasının 65-ci ildönümü qeyd edilən SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Tibb Elmləri Akademiyası Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Milli Məclisin deputatı əməkdar elm xadimi, tibb elmləri doktoru, dünya şöhrətli cərrah-onkoloq akademik Əhliman Tapdıq oğlu Əmiraslanovdur.      

Həkimlik peşəsini seçənlərin yollarının nahamvar, kələkötür olduğuna, onların bu yolda çox əziyyətlərlə üzləşəcəklərinə, lakin bu əziyyətlərə qatlaşıb qarşıya çıxan bütün çətinliklərə sinə gərərək onları ağılla, bacarıqla dəf edə bilənlərin əsl həkim olacaqlarına işarə edən məşhur bir latın kəlamı vardır. Bu kəlamda deyilir: “Per aspera, ad astra!”, yəniÇətinliklərdən, əzablı yolardan keçərək, ulduzlara doğru!”. Mən deyərdim ki, bu kəlam məhz sözün həqiqi mənasında həyatı boyu böyük çətinliklərdən, daşlı-kəsəkli, od-alovlu, məşəqqətli, qarlı-çovğunlu yollardan keçərək addım-addım irəliləyib, çəkdiyi zəhmətlər bahasına həkimliyin ən yüksək zirvəsinə ucala bilən belə bir zirvəyə yüksələrək özü bu zirvədə həkimlik peşəsinin hərarətli, parlaq bir ulduzuna çevrilən akademik Əhliman Əmiraslanov kimi həkimlər üçün deyilib. Şükürlər olsun Tanrıya ki, dünyanın ulduz həkimləri sırasında Azərbaycanın da ulduz həkimləri az deyil onların sırasında Əhliman müəllim öz şəfqətli şəfəqlərilə ətrafına nur seli çiləyib, büllur kimi təmiz, saf inci danələri səpərək ulduzlara doğru gedən yolunu böyük məhəbbətlə davam etdirir. O, həkimlik sənətinin zirvəsinə yüksəlməklə, eyni zamanda insanlıq, vətəndaşlıq, vətənsevərlik, mətinlik, dəyanətlik, sədaqətlik, səmimilik, təvazökarlıq rəmzinin, övladlıq valideynlik ləyaqətinin, təmənnasızlıq qürurunun ən yüksək zirvəsinə ucalıb. Əhliman müəllim son dərəcə çətin, eyni zamanda şərəfli çox zəngin bir həyat yolu keçərək, özü hiss etmədən, bu günkü mərtəbəyə yüksələ bilib. Ona görəözü hiss etmədəndeyirəm ki, çünki onun qayəsi, məqsədi, həyat amalı zirvələrə ucalmaqdan yox, harada olursa-olsun bəşər övladları arasında xeyirxahlıq toxumu səpməkdən, insanlara kömək əli uzatmaqdan, bu missiyaları səbrlə, təmkinlə yerinə yetirməkdən ibarət olub. Dünya şöhrətli alimin bioqrafiyasının ayrı-ayrı məqamlarına ötəri nəzər saldıqda belə, bunu aydın sezmək mümkündür. 1947 – ci il noyabrın 17 – Qərbi Azərbaycanın Göyçə Mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində dünyaya göz açan Əhliman Əmiraslanov uşaq yaşlarından fitri istedada malik olduğunu büruzə vermiş, özünün hazırcavablığı, məntiqi təfəkkür qabiliyyəti ilə nəzəri cəlb etmişdir. Atası Əmiraslanov Tapdıq Muxtar oğlu (1918 – 1976) orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun maarif şöbə müdiri vəzifələrində çalışmış, bütün şüurlu həyatını elin savadlanmasına, maariflənməsinə sərf etmiş, uzunmüddətli qüsursuz pedaqoji fəaliyyətinə görəƏməkdar müəllimfəxri adına layiq görülüb. Anası Əliyeva Xanım İlyas qızı (1922 – 2006) Zod kəndində dünyaya göz açıb, el ağbirçəyi olub, tərbiyə verib böyütdüyü istedadlı övladları ilə həmişə fəxr edib.

1965-ci ildə Zod kəndindəki orta məktəbi qızıl medalla bitirən  gənc həmyaşıdları ilə Bakıya gəlib sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicəprofilaktika fakültəsinə verərək, həmin fakültədə tələbələr sırasına daxil olub. İnstitutda da təhsil alarkən qibtəli istedadı, yüksək erudisiyası ilə fərqlənən gənc tibbin onkologiya sahəsinə daha çox həvəs göstərmiş, 1969-cu ildə, hələ beşinci kurs tələbəsi ikən, Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasında dərsdən kənar vaxtlarda tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən gənc, 1971-74- illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Akademik Ə.Əmiraslanov onkologiya  üzrə ilk müəllimi olan Azərbaycanın görkəmli alimidünyadan vaxtsız köçmüş professor Arif Abbasovu həmişə böyük məhəbbətlə yad edir daim xatirəsini əziz tutur.   

Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14- Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra gənclər üçün yaratdığı əlverişli münbit şəraitdən bəhrələnmək şansı gənc kadr kimi Əhliman Əmiraslanova da nəsib olmuşdur. Belə ki, o,  1974- il oktyabrın 1- müvəffəqiyyətlə imtahan verərək Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Onkoloji Elmi Mərkəzi (ÜOEM) nəzdində aspiranturaya daxil olmuşdur. 1977 – ci ildə aspiranturada təhsil müddəti hələ başa çatmamış, vaxtından əvvəl, akademik N.Trapeznikovun rəhbərliyi altındaBədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyasımövzusunda namizədlik dissertasiyası müdafiə etmiş   tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Adətən, SSRİ-nin periferik respublikalarından ÜOEM- aspirantura keçən kadrlar namizədlik dissertasiyasını başa vurduqdan sonra işlərini davam etdirmək üçün öz respublikalarına göndərilirdilər. Gənc alim Əhliman Əmiraslanov aspiranturanı bitirdikdən sonra onun özü üçün gözlənilməz, lakin onu yaxından tanıyan professional alimlər üçün isə gözlənilən bir müstəsnalıq yarandı. Həm Ə.Əmiraslanovun rəsmi elmi rəhbəri akademik N.Trapeznikov, həm SSRİ TEA-nın ÜOEM-inin baş direktoru akademik N.Bloxin təkidlə məsləhət gördülər ki, o, geniş diapazonlu, ümidverici, bacarıqlı perspektivli gənc kadr kimi bu Mərkəzdə qalıb işləsin elmi-tədqiqat işlərini burada davam etdirsin. Belə bir böyük etimadın azərbaycanlı alimə göstərilməsi bəlkə OEM-in bu vaxta qədərki fəaliyyətində görünməmiş nadir bir tarixi hadisə idi bu, yüksək dərəcəli potensial imkanlara malik alimin sonrakı həyatı üçün əsl dönüş nöqtəsinə çevrildi.        

Ə.Əmiraslanov aspiranturanı bitirdikdən sonra  24 noyabr 1977-ci ildən Moskvada SSRİ TEA-nın ÜOEM-inin ümumi onkologiya şöbəsində kiçik elmi işçi, baş elmi işçi, sonralar isə böyük elmi işçi professor vəzifələrində çalışmışdır. Bu dövrlərdə bir çox mürəkkəb cərrahiyyə əməliyyatlarını, o cümlədən dünyanın yalnız bir neçə məşhur klinikalarında tək-tək cərrahonkoloqlar tərəfindən icra olunan SSRİ miqyasında ilk dəfə Azərbaycan alimi Ə.T.Əmiraslanov tərəfindən həyata keçirilənRotasion plastikaoperasiyası böyük məharətlə yerinə yetirilmiş ümidverici göstəricilər əldə edilmişdir.

Gənc alim elmi axtarışlarını uğurla davam etdirərək 1984 – ildəOsteogen sarkomalı xəstələrin kompleks müalicə üsullarımövzusunda doktorluq dissertasiyası müdafiə etmiş tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Akademik Ə.Əmiraslanov onilliklər ərzində Moskvada apardığı səmərəli elmitədqiqat işlərinə görə ardıcıl olaraq SSRİ TEA-nın ÜOEM-inin rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin illər ərzində ümumi onkologiya şöbəsindəSümük şişlərinin müalicə metodlarının təkmilləşdirilməsimövzusu üzrə cavabdehlik görkəmli alim Ə.Əmiraslanova tapşırılmışdı o, bu vəzifənin öhdəsindən bacarıqla gələrək, ardıcıl olaraq bir neçə elmi işləmələri müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq etmişdir. Belə işləmələr sırasında dayaqhərəkət aparatı şişləri zamanı bərpa müalicəsi metodları əsas yer tuturdu. AliminUşaq, yeniyetmə yaşlılarda osteogen sarkomanın kompleks müalicə metoduadlı işləməsi SSRİ səhiyyə nazirinin əmri ilə tibb elminin səhiyyə praktikasında qazanılan mühüm nailiyyətlərin tətbiqinin Ümumittifaq perspektiv planına daxil edilmişdir.

Dünya şöhrətli mütəxəssislərdən olan akademik N.Trapeznikov alimin SSRİ TEA-nın Onkoloci Elmi Mərkəzindəki fəaliyyətini səciyyələndirərkən qeyd edirdi ki, “Əhliman Əmiraslanov Moskvada işləyərkən onun mövzu ətrafında əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ ilk dəfə əldə edilən son dərəcə dəyərli yeni elmi nəticələr idi həmin nəticələr xarici ölkə alimlərinin bu sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayırdı”.

Moskvada işləyərkən ailəsində baş verən itkilərdən sonra Ə.Əmiraslanov gördüyü işləri yarımçıq qoyub geri qayıtmağı qərarlaşdırmışdı. Lakin bunu eşidən akademik N.Bloxin akademik N.Trapeznikov ona mənəvi dayaq duraraq əsl alim münasibəti, əsl insani münasibət göstərdilər onun ətrafında elə bir mühit yaratdılar ki, Əhliman müəllim bu müdrik qayğıkeş insanların məsləhətlərindən, tövsiyələrindən sonra özündə yenidən mənəvi güc, mənəvi qüvvə tapa bildi mənəvi övladlıq borcunun bilavasitə yaxınlarının yanında yerinə yetirilməsi məqsədilə qərarlaşdırdığı fikrindən daşındı.

1985-ci ildə alimin məhsuldar fəaliyyətiSümük sarkomalarıadlı monoqrafiyada öz əksini tapmış bu orijinal monoqrafiyaya görə o, SSRİ Tibb Elmləri Akademiyasının 5 ildə bir dəfə nadir alimlərə təqdim edilənakademik N.Petrov adınamükafatı medalı ilə təltif edilmişdir.

Görkəmli azərbaycanlı alim hələ Moskvada çalışarkən 1991-ci ildə yüksək ixtisaslı tibb kadrları hazırlığındakı, eləcə tibb elminin səhiyyənin inkişafındakı böyük xidmətlərinə görəƏməkdar elm xadimifəxri adına layiq görülmüşdür.

Keçən əsrin 80-ci illərinin sonu, 90 – illərin əvvəlləri Azərbaycan üçün çox çətin, ağır illər idi. Bu illərdə digər sahələrdə olduğu kimi tibb sahəsindən olan bir çox mütəxəssislər Azərbaycanı tərk edib başqa ölkələrə gedirdilər. Azərbaycanda beyin axınının gücləndiyi bir dövrdə Əhliman Əmiraslanov Moskvadakı rahat yerindən çıxıb Bakıya gəlməyi Azərbaycanın ağır illərində ona öz peşəkar həkimliyi ilə dayaq olmağı qərarlaşdırdı. Bu dövrdə artıq akademik N.Bloxin dünyasını dəyişmişdi Onkoloji Elmi Mərkəzə akademik N.Trapeznikov rəhbərlik edirdi. O, çox çalışdı ki, Əhliman müəllimi fikrindən döndərsin, hətta belə bir açıq fikir söylədi ki, gələcəkdə öz yerinə əvəz kimi, OEM-in gələcək baş direktoru kimi yalnız Əhliman müəllimi görür o, burada qalıb işləməklə öz ölkəsinə daha çox xeyirli ola bilər. Lakin vətən sevgisi, vətənə tez bir zamanda kömək etmək hissi dominantlıq təşkil etdi Ə.Əmiraslanov müəllimindən vətənə dönməsinə icazə verməsini istədi.

Əhliman müəllim Bakıya qayıtdıqdan sonra öz xeyirxahlığı, təmənnasız xidməti ilə tezliklə əhalinin hörmət məhəbbətini qazandı.

Akademik Ə.Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsi ilə yanaşı onkologiya kafedrasının müdiri vəzifəsini uğurla yerinə yetirir. Onun elmi-tədqiqat işlərinin əsasını dayaqhərəkət aparatı, yumşaq toxumalar bir sıra daxili orqanların, həmçinin vəzilərin bədxassəli şişlərinin öyrənilməsi, eləcə onların effektli müalicə metodlarının profilaktikasının işlənib hazırlanması, bu metodların səhiyyə praktikasında tətbiq edilməsi təşkil edir. Onun bu sahədə təklif etdiyi yeni müalicə metodları artıq sınaqdan çıxaraq praktik səhiyyədə müvəffəqiyyətlə tətbiq olunub hazırda ondan müxtəlif klinikalarda geniş miqyasda istifadə edilir. Alimin təklif etdiyi müasir müalicə metodu xəstəliyin uzaq nəticələrini yaxşılışdırır, əlillik dərəcəsini azaldır, qısa müddətdə xəstələrin aktiv əməyə məişətə qayıtmalarına kömək edir.

Akademik Ə.Əmiraslanov həm Moskvada fəaliyyət göstərdiyi vaxtlar SSRİ TEA-nın ÜOEMində, həm hazırda Bakıda ATU-nun Onkoloji Klinikasında böyük praktik işlər apararaq yorulmaq bilmədən ona müraciət edən hər bir xəstəni diqqətlə dinləyir, məsləhətlər verir mürəkkəb cərrahi əməliyyatları bilavasitə özü tələbələri ilə birlikdə yerinə yetirir.

Əhliman müəllim Moskvada Mərkəzi Təkmilləşdirmə İnstitutunun kursantlarına, SSRİ TEAnın ÜOEMnin aspirant ordinatorlarına, Bakıda isə Azərbaycan Tibb Universitetinin tələbələrinə, dinləyicilərinə ixtisası üzrə maraqlı məzmunlu mühazirələr oxuyaraq təcrübəli pedaqoq kimi dərin hörmət böyük nüfuz qazanmışdır. O, dəfələrlə Azərbaycan Respublikasının xarici ölkələrin tibb alimləri, səhiyyə işçiləri qarşısındaDayaqhərəkət aparatının bədxassəli şişlərinin müasir müalicə metodlarının işlənib hazırlanması təcrübəyə tətbiqimövzusu üzrə Akt nitqləri söyləmiş həmin nitqlərin məzmunundan doğan mülahizələr tibb ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Akademik Ə.Əmiraslanov az vaxt ərzində ATU-nun tibb təhsili sistemində bir sıra islahatlar həyata keçirmiş kadr hazırlığının təkmilləşməsinin əsasını qoymuşdur. 2011-ci ildə  ATU məzunlarının diplomdan sonrakı hazırlığının rezidentura sistemi ilə aparılmasına başlanılması faktı da onun daha bir arzusunun reallaşmasına zəmin yaratmışdır.

Görkəmli alim SSRİ TEA-nın ÜOEM-ində təşkil edilmiş hospitalizasiya üzrə daimi komissiyanın üzvü olmuş 1988-ci ildə SSRİ TEA-nın ÜOEM- keçirilənSümük sarkomlarının müalicəsiadlı Onkoloqlar Məktəbinin Beynəlxalq Təşkilat Komitəsi tərkibində aktiv fəaliyyət göstərmişdir.

Akademik Ə.Əmiraslanovun xeyirxahlığı qayğıkeşliyi, insansevərliyi vətənpərvərliyi dövlətimiz xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1990- ildə 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, 2010-cu ildə isə müstəqil Azərbaycan Respublikası Milli Məclisinin deputatı (millət vəkili) seçilmişdir. Bu müddətlərdə dövlət səviyyəli nümayəndəliklərin tərkibində bir sıra xarici ölkələrdə olmuş, Azərbaycanın mənafeyini müdafiə edən siyasi məsələlərin müzakirəsində, ərazi bütövlüyümüz, müstəqilliyimiz dövlətçiliyimizin qorunmasında fəal iştirak etmişdir. O, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleya Şurasının üzvü kimi fəaliyyət göstərmişdir hazırda TürkPA-nın üzvüdür.

Akademik Ə.Əmiraslanov 300- ə qədər elmi əsərin müəllifidir. Onun əsərlərinin böyük əksəriyyəti dünyanın bir çox ölkələrinin nüfuzlu jurnal, toplu məcmuələrində nəşr edilmişdir. Əsərlərindən 18 – i monoqrafiya, 16 – ixtira səmərələşdirici təkliflər, 28 – i dərslik dərs vəsaiti, 20 – si metodik tövsiyədir. O, həmçinin onlarla elmikütləvi məqalələrin görkəmli şəxsiyyətlərin həyat yaradıcılığından bəhs edən məqalələrin müəllifidir. AliminOnkologiyaadlı ilk orijinal dərsliyi azərbaycanlı tələbələr üçün əvəzsiz töhfə olmuş onların, eləcə həkimlərin, aspirantların stolüstü kitabına çevrilmişdir. Onun 1995 – ci ildə Ankarada çapdan çıxanBədxassəli sümük şişlərinin proqnozu”, 1999 – cu ildə çap olunanOnkoloji kaxeksiyaadlı monoqrafiyaları da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. AliminMədə qida borusu xərçəngi olan xəstələrdə kaxeksiyaadlı kitabı həm rus, həm ingilis dillərində Türkiyədə nəfis şəkildə çap olunmuş dünya oxucularının istifadəsinə verilmişdir. Bunlardan əlavə 1987 – ci ildə NyuYorkda, 1989 – cu ildə Tokioda müvafiq olaraq dünyanın məşhur onkoloqlarından V.Enneking T.Yamamura kimi görkəmli alimlərin redaktorluğu ilə çap olunmuş sanballı rəhbərliklərin hər birinin böyük bir bölməsində Azərbaycan alimi Ə.Əmiraslanovun onkologiyanın müasir problemlərinə dair ümumiləşmiş işlərinin dəyərli nəticələrini əks etdirən yazılara geniş yer verilmişdir.

Akademik Ə.Əmiraslanov elmipedaqoji kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirir bu sahədə məhsuldar çalışaraq öz yetirmələrinə tələbkarlığı bir an belə azaltmadan, böyük qayğı, yüksək həssaslıqla yanaşır. Əhliman Əmiraslanov məktəbinin yetirmələri nəinki Azərbaycanın, eləcə keçmiş SSRİ         nin müxtəlif klinikalarında çalışaraq, onun yolunu davam etdirirlər. Ə.Əmiraslanovun bilavasitə rəhbərliyi altında 42 nəfər dissertasiya müdafiə etmiş onlardan da 32 nəfəri tibb elmləri namizədi, 10 nəfəri tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

O, Ümumdünya OrtopedTravmatoloq Onkoloqlar Assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvü, Amerika Klinik Onkoloqlar Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

Ümummilli lider Heydər Əliyevin 1993- il iyun ayının 15- Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin bütün təhsil ocaqlarında olduğu kimi, Azərbaycan Tibb Universitetində  pərakəndəliyə, tənəzzülə son qoyuldu yeni dirçəliş mərhələsi başlandı. Bunun sayəsində Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrini genişləndirməyə başladı. Ulu öndər Heydər Əliyevin diqqət qayğısı sayəsində akademik Ə.Əmiraslanovun fədakarlığı beynəlxalq əlaqələr prosesində həyata keçirdiyi aktiv fəaliyyəti nəticəsində 1996- ildə keçmiş SSRİnin bir çox respublikalarının, o cümlədən Qafqaz Respublikalarının ali tibb məktəbləri sırasında yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə, 1998 – ci ildə Qara dəniz hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinə daxil edilmiş, 2000-ci ildə ATU Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə isə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilmişdir ki, bu da ATU-nun bütövlükdə Azərbaycan tibb təhsili sisteminin Beynəlxalq miqyasda geniş nüfuz qazanmasına, həmçinin diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amilə çevrilmişdir.

Ə.Əmiraslanov 1998- ci ilin yanvarında aparılan sorğuya əsasən “1997-ci ilin elm adamıfəxri adına layiq görülmüşdür.1998-ci ildə Ə.Əmiraslanovun adı dünya tibb elminə verdiyi dəyərli töhfələrə görə Kembricdə çapdan çıxanXX əsrin 2000 görkəmli şəxsiyyətiməcmuəsinin əsas hissəsinə daxil edilmişdir. O, həmçinin həmin ildə tibb elminin, tibb təhsili sisteminin inkişafı yolunda, eləcə onkologiya sahəsində əldə etdiyi nailiyyətlərin səhiyyə praktikasında geniş tətbiqi yolunda qazanılan yüksək nəticələrə görə Amerika Bioqrafiya İnstitutununQızıl Statuyamükafatına, 1999- cu ildə isə Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına mükafata böyük qızıl medalına, daha sonra akademik Yusif Məmmədəliyev mükafatına, “Akademik M.Topçubaşov mühazirələrimükafatına layiq görülmüşdür. ATU-nun rektoru akademik Əhliman Əmiraslanovun Türkiyənin Qazi Universitetinin rektoru Prof. Dr. Riza Ayhanın birgə təşəbbüsü təşkilatçılığı ilə İctimai Televiziyanın Türkiyənin TRT Avaz telestudiyaları rəhbərliklərinin köməkliyi ilə 2011 2012-ci illərin fevral ayında Xocalı soyqırımının dünya miqyasında tanıdılmasına həsr edilmiş Telekörpü keçirilmişdir. Alim həmçinin, “Xocalı soyqırımını tanıtmaİctimai BirliyininŞöhrət Həsənovadına mükafatına layiq görülmüşdür.     

Akademik Ə.Əmiraslanov 1999 – cu ildə YUNESKO xətti üzrəBioetika, elmi biliklərin texnologiyaların etikasıAzərbaycan Milli Komitəsinin sədr müavini seçilib, 2000 – ci ildə  Azərbaycan RespublikasınınŞöhrətordeni ilə təltif olunub, 2001 – ci ildə Rusiya Tibb Elmləri Akademiyasının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü AMEA-nın Biologiya Elmləri Bölməsinin akademikkatibinin müavini seçilib, 2006 – ildən  YUNESKOnunBioetika, elmi biliklərin texnologiyaların etikasıKomitəsinin Rəyasət Heyətinin üzvüdür, YUNESKO-nun ekspertidir. O, 2007 – ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik- katibi seçilib. Akademik Ə.Əmiraslanov 2007-ci ildə RTEA-nın akademik N.Bloxin adına qızıl medalına, 2009 – cu ildə  RusiyanınXXI yüzilliyin liderləriproqramı çərçivəsindəMillətin intellektiadlı beynəlxalq təltifə layiq görülüb, 2010-cu ilin aprel ayının 30 – da ölkə Prezidentinin Sərəncamına  əsasən akademik Ə.Əmiraslanovun adı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, həmçininAzərbaycan Respublikası Milli Atlasının tərtibi üzrə redaksiya heyətinin üzvləri siyahısına salınıb. Akademik Ə.Əmiraslanov 2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2011-ci ildə Avropa TibbiOnkologiya Cəmiyyətinin həqiqi üzvü Dünya Azərbaycanlılarının III qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, 2012-ci ildə Türkiyənin Qazi UniversitetininFəxri doktoruseçilib.  

Bütün bu təltiflərin, mükafatların əldə edilməsi müstəqil Azərbaycan Respublikasının memarı olan ulu öndər Heydər Əliyevin onun layiqli davamçısı, cənab İlham Əliyevin diqqət qayğısı sayəsində  daha geniş vüsət almışdır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın iqtisadi çətinliklər keçirdiyi bir dövrdə akademik Əhliman Əmiraslanovun ATU-nun tədris bazasında yaranan çətinliklərlə əlaqədar ona olan müraciətini nəzərə almış dərhal keçən əsrin 80-ci illərində bünövrəsi özü tərəfindən qoyulmuş, lakin sonralar tikintisi yarımçıq qalmış 11 mərtəbəli tədris binasının inşasının başa çatdırılmasına göstəriş vermişdir. 1998-ci il sentyabrın 28- ümummilli liderimiz həmin binanın açılışında iştirak etmiş Tibb Universitetinin fəaliyyətinə bötüvlükdə yüksək qiymət vermişdir. Ulu öndər 2000-ci ildə ATU-nun 70 illik yubileyində iştirak edərək ölkəmizin yeganə ali tibb təhsili ocağının əməkdaşlarını, tələbə-gənclərini, həmçinin ölkəmizin bütün səhiyyə işçilərini bu münasibətlə hərarətlə təbrik etmiş, onlara gələcək işlərini uğurla yerinə yetirmələri üçün proqram tərkibli dəyərli məsləhətlər vermişdir.

2010-cu ildə ATU-nun 80-illik yubileyi ərəfəsində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının açılışında çıxış edən ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, zati-aliləri möhtərəm cənab Prezident İlham Əliyev bu möhtəşəm klinikanı Universitetin tələbələrinə professor-müəllim heyətinə hədiyyə edərək, ATU-nun həyatında yeni bir yüksəliş mərhələsinin başlandığını qeyd etmiş, beynəlxalq standartlara tam cavab verən bu klinikanın imkanlarından səmərəli istifadə etməyi tövsiyə etmişdir. 

Akademik Əhliman Əmiraslanov həm həkimlik, müəllimlik elmi-tədqiqat işlərinin, həm rektorluq Milli Məclisin deputatı kimi yerinə yetirdiyi məsuliyyətli işlərin sabahını düşünərək daim axtarışlarını davam etdirir. O, Azərbaycan tibb elminin, tibb təhsili sisteminin bundan sonra beynəlxalq miqyasda yeni uğurlar qazanacağına əminliklə, nikbinliklə yanaşır. Fürsətdən istifadə edərək biz bu yolda ona uzun ömür, cansağlığı, səadət diləyir, Azərbaycan tibb elmi, tibb təhsili sisteminin inkişafı naminə gördüyü çoxşaxəli işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.                

 





19.11.2012    çap et  çap et