525.Az

Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 kinolent daxil olub


 

Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 kinolent daxil olub<b style="color:red"></b>

Prezidentin mətbuat xidməti tərəfindən, daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 kinosənəd təqdim edilib.

Milli Arxiv İdarəsindən verilən məlumata görə, kinosənədlər dövlətimizin beynəlxalq əlaqələrini, regional layihələrin müzakirəsini icrasını, enerji humanitar təhlükəsizliyə həsr olunmuş tədbirləri, cari ilin iyununda növbəti dəfə Bakıda keçirilən Xəzər neft-qaz sərgisini sərgidə Prezident İlham Əliyevin çıxışını, Fransa prezidentinin Azərbaycana rəsmi səfərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfərini, "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimini ölkə başçısının digər mühüm görüşlərdə iştirak çıxışını əks etdirir.

Hazırda sənədlərin milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin müfəssəl məzmunu elmi-məlumat bazası hazırlanır.

S.ABDULLAYEVA

 





18.11.2014    çap et  çap et