525.Az

Parlamentdə büdcə müzakirələri başladı


 

ZİYAD SƏMƏDZADƏ: "AZƏRBAYCANDA İKİ LAYİHƏYƏ AYRILAN VƏSAİT ERMƏNİSTANIN BÜDCƏSİNİN 80 FAİZİNİ TƏŞKİL EDİR"

Parlamentdə büdcə müzakirələri başladı<b style="color:red"></b>

Dünən  Milli Məclisin (MM)  plenar iclasında 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi büdcə zərfinə daxil olan digər sənədlərin 3 günlük  müzakirəsinə başlanılıb. Qeyd edək ki, büdcə zərfinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Milli Məclisin Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" qanunu daxildir. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri nominal ifadədə 19 mlrd. 438 mln. manat, xərcləri isə 21 mlrd. 100 mln. manat həcmində proqnozlaşdırılır. 2015-ci ilin dövlət icmal büdcələrinin layihələrinə istinadən dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi, xərcləri isə 35,2 faizi həcmində olacaq. Dövlət büdcəsinin 2015-ci il üçün proqnozlaşdırılan gəliri 2014- ilin proqnozu ilə müqayisədə 5,7 faiz çox, 2013- ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,3 faiz azdır. Xərclərə gəldikdə isə bu göstəricilər müvafiq olaraq 5,2 faiz 10,2 faiz çoxdur. 2015-ci ilin dövlət icmal büdcələrinin layihələrinə əsasən gələn ilin dövlət büdcəsində 1662 mln. manat kəsir proqnozlaşdırılır.

2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat transfert nəzərdə tutulur.2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. Qeyd edək ki, 2014- ilin büdcəsində neftin 1 bareli 100 dollardan hesablanmışdı. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. Bu da 2014- ilin proqnozu ilə müqayisədə 8,6 faiz çoxdur. Belə ki, 2014- ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil edib. 2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsait nəzərdə tutulub. Bu da 2014- illə müqayisədə 10 mln. manat yaxud 25,0 faiz çoxdur. Sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün isə gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub. 2015-ci ildə beynəlxalq fəaliyyət beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 mln. manat vəsait proqnozlaşdırılır.

O cümlədən, diplomatik xidmət orqanlarının konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 mln. manat, beynəlxalq maliyyə-kredit təşkilatlarındakı ölkəmizə  məxsus səhm kapitalının ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20,0mln. manat Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 132,0 mln. manat vəsait proqnozlaşdırılıb. Həmin vəsaitin 100,0 mln. manatını Azərbaycan Respublikası tərəfindən xarici ölkələrə verilən kreditlərlə bağlı xərclər, 32,0 mln. manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək. 2015-ci ildə nəzərdə tutulan beynəlxalq respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60,0 mln. manat vəsait nəzərdə tutulub.

Növbəti ilin dövlət büdcə proqnozunda təhsil xərcləri üçün 1 mlrd. 711,2 mln. manat vəsait ayrılıb. Bu isə 2014- illə müqayisədə 57,7 mln. manat yaxud 3,5 faiz, 2013- ilin faktiki icra göstəricisinə nisbətən 273,5 mln. manat ya 19,0 faiz çoxdur.Layihəyə əsasən təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,1 faiz təşkil edəcək. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 898,3mln. manatı ya 52,5 faizi ümumi təhsil xərclərinin, 525,7mln. manatı vəya 30,7faizi təhsil sahəsində digər müəssisə tədbirlərin (2014- illə müqayisədə 41,8 mln. manat ya 8,6 faiz çox), 165,6 mln. manatı ya 9,7 faizi məktəbəqədər təhsil xərclərinin (2014- illə müqayisədə 14,2 mln. manat ya 9,4 faiz çox), 39,2 mln. manatı ya 2,3 faizi ali təhsil xərclərinin (2014- illə müqayisədə 6,2 mln. manat ya 18,9 faiz çox), 44,6 mln. manatı ya 2,6 faizi orta ixtisas təhsil xərclərinin (2014- illə müqayisə 0,2 mln. manat ya 0,4 faiz çox), 34,3 mln. manatı ya 2,0 faizi ilk-peşə ixtisas təhsilin (2014- illə müqayisədə 0,1 mln. manat ya 0,4 faiz çox), 3,5 mln. manatı ya 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək. 2015-ci il dövlət büdcəsində təhsil xərcləri üçün ayrılan vəsaitin 313,9 mln. manatı bir sıra dövlət proqramlarının tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ölkənin ali təhsil müəssisələrində kadr hazırlığının dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi ilə həyata keçirilməsi xərcləri üçün 135,4 mln. manat, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 18,8 mln. manat maliyyə vəsaiti proqnozlaşdırılır. Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8,5 mln. manat, təhsil müəssisələrinin yenidən qurulması əsaslı təmiri üçün 13,1 mln. manat maliyyə vəsait nəzərdə tutulub. Növbəti ildə elm xərclərinə 142,5 mln. manat, 2013- ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 25,5 mln. manat ya 21,8 faiz çox vəsait proqnozlaşdırılıb.Həmin xərclər fundamental elmi tədqiqatların vədövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. 2015-ci ildə elm xərclərində elmi tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 mln. manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 mln. manat, elmi obyektlərin yenidən qurulması əsaslı təmiri üçün 2 mln. manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 mln. manat digər tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti üçün 2015-ci ilin dövlət büdcəsində 1 mln. manat vəsait nəzərdə tutulub. Səhiyyə xərcləri üçün 2015-ci ilin dövlət büdcəsindən 777,7 mln. manat vəsait ayrılması  nəzərdə tutulur.

Azərbaycan qazının dünya bazarlarına ixracı ilə əlaqədar həyata keçirilən layihələrə gələn ilin büdcəsindən 928 milyon manat xərclənəcəyi proqnozlaşdırılır. Bu vəsait Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üçün sərf ediləcək. 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Oyunlarına gələn ilin büdcəsindən 1,3 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Bu vəsait I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq digər təşkilatı işlərə sərf olunacaq.

İcmal büdcəsinin gəlirləri 20 mlrd. 717 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir xərcləri bərabər həcmdə 367 mln. manat səviyyəsində proqnozlaşdırılır.

 MM-in sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan son on ildir ki, dinamik inkişaf edən ölkələr sırasındadır:" Gələn il neft qaz hasilatı istisna olmaqla bütün sahələrdə artım gözlənilir. Büdcədə neftin qiyməti stabil olaraq 90 dollar həcmində götürülüb.  Bu bizim iqtisadiyyatımız maliyyə sektoru üçün səfərbəredici amildir. Dövlət büdcəsi 2015- ci ildə nəzərdə tutulan proqramların icrasına imkan verəcək. Dövlət büdcəsinin gəlirləri 5,7faiz artılaraq 19 438 000,0 min manat, xərcləri 5, 2 faiz artacaq".

"Azərbaycanda neftlə bağlı siyasət düzgün həyata keçirilir". Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O, qeyd edib ki, büdcədə neftin 1 barelinin 90 dollar müəyyənləşdirilməsi heç bir problem yaratmır:"Neftin dünyada qiymətinin düşməsi ilə bağlı təlatümlər yaşanmasına baxmayaraq Azərbaycanda bu günədək heç bir sosial layihələr dayandırılmayıb. Azərbaycanda iki layihəyə ayrılan vəsait Ermənistanın büdcəsinin 80 faizini təşkil edir. Bu, çox böyük uğurdur".

Kamil HƏMZƏOĞLU

 





19.11.2014    çap et  çap et