525.Az

Yazar Səidə Haqverdiyevanın kitabı üçün imza mərasimi olub


 

Yazar Səidə Haqverdiyevanın kitabı üçün imza mərasimi olub<b style="color:red"></b>

Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda  Səidə Haqverdiyevanın "İsanın yatağındakı ilahə" kitabının imza günü keçirilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, "Yazıçı" nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Yazıçılar Birliyinin AYB Kitab layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rza, redaktorları Akif Şahverdiyev Səhər Əhməddir.

Kitabda müasir həyatımızda baş verən bir sıra hadisələrin təsviri öz əksini tapıb. Əsasən ailə-məişət mövzusunda yazılmış povest hekayələrdə müəllif çalışıb ki, problem onu yaradan səbəbləri göstərsin. Əsərlərdə adət-ənənəyə hörmət, dostluğa sədaqət, verilən vədə əməl etmək kimi müsbət keyfiyyətlər əxlaqi dəyərlərə xüsusi yanaşma var.  

Tədbiri  AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qonaqları salamladıqdan sonra AYB kitab layihəsi haqqında geniş məlumat verib, layihənin gerçəkləşməsində xidməti olanlara - "Yazıçı" nəşriyyatının direktoru Şəmsi Vəfadara, "Vektor" nəşriyyatının rəhbəri Elçin İsgəndərzadəyə, "Yayım Assosiasiyası"na, "Bayatı" kitab mağazasına təşəkkürünü bildirib: "Layihə çərçivəsində hər hansı bir kitab nəşr olunanda, öz kitabım işıq üzü görəndə sevindiyim qədər sevinirəm. Kitab mütləq təbliğ olunmalıdır. Biz bölgələrimizdə yazarlarla oxucuların görüşlərini keçirməyi nəzərdə tutmuşuq".

AYB-nin katibi, Xalq şairi Fikrət Qoca Səidə Haqverdiyevanı  kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Kitabın redaktoru Akif Şahverdiyev çıxışında müəllifin ədəbiyyata gəlişindən, ilk qələm təcrübələrindən söz açıb: "Səidə Haqverdiyevanın şeirləri ilk dəfə 2001-ci ildə "Sabah" qəzetində işıq üzü görüb. Onun şeirlərindən dərd tökülür, bütün hekayə povestlərində problem qoyulur. Onun taleyində qədər uğur olsa, mənim sevincimdir".     

Yazıçılar Birliyinin Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu təqdim olunan kitab haqqında öz fikirlərini iştirakçılar ilə bölüşüb, müəllifin növbəti kitabının dil, forma, estetik baxımdan daha da fərqli olmasını arzulayıb.

Kulis.az saytının redaktoru Qan Turalı,  Xalq artisti İlham Namiq Kamal, Səhər Əhməd, Kitabxana.net saytının redaktoru Aydın Xan, Azər Qismət çıxış edərək Səidə Haqverdiyevanı kitabının nəşr olunması münasibətilə təbrik ediblər, AYB kitab seriyasının əhəmiyyətini vurğulayıblar.

Sonda çıxış edən Səidə Haqverdiyeva tədbirin keçirilməsində, kitabının nəşrində zəhməti olanlara, tədbirdə iştirak edənlərə minnətdarlıq edib, kitabını oxucular üçün imzalayıb.

S.ABDULLAYEVA

 





19.11.2014    çap et  çap et