525.Az

Tutqun və çiskinli hava davam edəcək


 

Tutqun və çiskinli hava davam edəcək<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında noyabrın 20-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında noyabrın 20-də bəzi yerlərdə duman, çiskin olacağı, əsasən cənub rayonlarında yağış yağacağı gözlənilir.
 
Havanın temperaturu gecə 6-11, gündüz 12-16, dağlarda gecə 0-3, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 20-dən 22-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

 





19.11.2012    çap et  çap et