525.Az

DİN-in şöbə rəisi təkzib etdi: "Yalan məlumatdır"


 

DİN-in şöbə rəisi təkzib etdi: "Yalan məlumatdır"<b style="color:red"></b> Bu gün kütləvi informasiya vasitələrinin elektron poçt ünvanlarına Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin vəzifədən azad olunması barədə məlumatlar daxil olub.
 
Lent.az-a daxil olan məlumatda bildirilir ki, Sumqayıt vəhhabiləri barədə “yanlış məlumat” verdiyinə görə O.Mansurzadə işdən çıxarılıb.
 
Lent.az məsələ ilə bağlı O.Mansurzadə ilə əlaqə saxlayıb. Xidməti telefonuna cavab verən polis polkovnik-leytenantı bildirdi ki, vəzifəsinin icrasını davam etdirir və yayılan məlumatlar həqiqətə uyğun deyil.
 
Qeyd edək ki, dünən Orxan Mansurzadə mətbuata Sumqayıtda yaşayan vəhhabi təriqətinin üzvü barəsində sensasion açıqlama vermişdi.
 





19.11.2014    çap et  çap et