525.Az

Çarli Çaplinin papaq və əsası auksiona çıxarıldı


 

Çarli Çaplinin papaq və əsası auksiona çıxarıldı<b style="color:red"></b>

Məşhur kino aktyoru, rejissor Çarli Çaplinin papağı və əsası Los-Ancelesdə yerləşən Bonhams auksionunda 62 min dollara satılıb.

525.az-ın məlumatına görə, auksion təşkilatçıları məşhur aktyora məxsus əşyaların 40-60 min dollar məbləğində satılacağını güman edirdilər. Lakin satış onların təyin etdikləri rəqəmdən də yüksək olub.

Qeyd edək ki, auksiona çıxarılan mallar arasında The Beatles qrupunun yaradıcısı və ifaçısı Con Lennonanın 1960-cı ildə yazdığı məktub da olub.

Firəngiz

 





19.11.2012    çap et  çap et