Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Sənətşünaslıq fakültəsinin teatrşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Babək Novruzovun "Təxəyyül və şəxs" adlı fotosərgisi təşkil edilib.
60-a yaxın iş nümayiş olunan sərgidə Universitetin rektor, prorektor, müəllim-professor heyəti və tələbələri ilə yanaşı, Azərbaycan kino və teatr sənətinin tanınmış nümayəndələri, Xalq artisti Ramiz Novruzov, Əməkdar artisti Münəvvər Əliyev, Vidadi Həsənov, Aslan Şirin və aktyor Hikmət Rəhimov da çıxış edərək gənc fotoqrafın işlərini yüksək qiymətləndiriblər.