525.Az

Şeyx İrana gedir


 

Şeyx İrana gedir<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İrana səfərinin proqramı açıqlanıb.

QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İran İslam Respublikasına səfərə yola düşür.

Səfərdə məqsəd 23-24 noyabr 2014-cü il tarixlərində İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

 





21.11.2014    çap et  çap et