525.Az

Sabiq hərbi komissara hökm oxunub


 

Sabiq hərbi komissara hökm oxunub<b style="color:red"></b>

Sumqayıtın sabiq hərbi komissarına və komissarlığın digər vəzifəli şəxslərinə hökm oxunub.

Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə sabiq hərbi komissar, polkovnik-leytenant Samir Məmmədov 8 il 6 ay , komissarlığın 2-ci bölməsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Əliyev 5 il, 2-ci bölmənin rəis köməkçisi vəzifəsini müvəqqəti icra etmiş Azər Xalıqov 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov isə 4 il sınaq müddətinə 8 il 6 ay şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Sabiq hərbi komissar, 2-ci bölmənin rəisi və həkim komissiyasının sədri Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.3-cü), vəzifə saxtakarlığı (313-cü), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.2.1-ci) maddələri ilə ittiham olunurlar və onlar ötən il həbs olunublar.

İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.

 





19.11.2012    çap et  çap et