525.Az

“Xeyriyyəçilik-saflığa aparan yol” adlı tədbir keçirilib (FOTOLAR)


 

“Xeyriyyəçilik-saflığa aparan yol” adlı tədbir keçirilib<b style="color:red"> (FOTOLAR)</b>

«Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyi Gəncliyə Yardım Fondunun akt zalında «Xeyriyyəçilik-saflığa aparan yol» adlı tədbir keçirib.

525.
az-ın verdiyi məlumata görə, «Yeni Üfüq»ün sədr müavini Xanım Qasımova bildirib ki, tədbirin əsas məqsədi ölkəmizdə milli mənəvi dəyərlərin təbliğ olunması yolunda xeyriyyəçilik ənənələrinin cəmiyyətə aşılanması maarifləndirilməsindən ibarətdir. Onun sözlərinə görə, hər bir fərd cəmiyyəti təmsil etdiyi üçün onun mənəvi dəyərlərə münasibəti cəmiyyətdə ehtiva olunur.

«Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli Azərbaycanda xeyriyyəçilik ənənələrinin tarixindən danışıb. O bildirib ki, özünü müsəlman sayan hər bir şəxs sıxıntılar içərisində yaşayan digər müsəlman bacı qardaşlarına yardım etməsi, mənəvi dəstək olması insanlığa yaraşan ən ali əməldir: «Ancaq təəssüflər olsun ki, bu gün Azərbaycanda dövlətimizin dini münasibətlərdə yürütdüyü tolerant siyasətindən məkrli qüvvələr «məharətlə» istifadə etməyə cəhd göstərir. Hətta bu qüvvələr xeyriyyəçilik adı altında insanları bəd əməllər torətməyə vadar edirlər. Amma əslində xeyriyyəçilik sözün həqiqi mənasında tamam başqa bir anlamı özündə əks etdirir».

Millət vəkili Qənirə Paşayeva bildirib ki, işi ilə əlaqədar bir çox müsəlman ölkələrində olub, lakin hələ müsəlman aləminin «Qurani-Kərim»in batiniyyətini anlamadığının şahidi olduqda üzülüb. Onun sözlərinə görə, qadınların xeyriyyəçilikdə missiyası böyükdür. Millət vəkili öz çıxışında Azərbaycanda qızların erkən nikhlanının əngəllənməsi qızların təhsilə cəlb olunması yolunda «Yeni Üfüq»ün maarifləndirmə işi aparmasının vacibliyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bu gün milli dəyərlərlə mənəvi dəyər o qədər çulğaşıb ki, bunların bir-birindən ayrı təsəvvür etmək olmur: «Yeni Üfüq» bu iki məfhumu birini digərindən ayırmadan təbliğ edir fəaliyyət göstərir. Düzüdür, bu gün müxtəlif sahələrdə xeyli sayda QHT-lər var, amma mənəvi dəyərlərin təbliği ilə bağlı çox az ictimai təşkilatlar var. Əminəm ki, dövlət qurumu olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq gələcəkdə «Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyi ilə birgə layihələr həyata keçirəcəyik».

Almaniyada yaşayan yazıçı Orxan Aras isə öz çıxışında tədbirdə qadınların xeyriyyəçilik çağırışı etməsindən qürur duyduğunu dilə gətirib. Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Osmanlı tarixində vəqflərin xeyriyyəçilik tarixindən, «Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclər üzrə rəhbəri Elvin Süleymanov isə gənclərin xeyriyyəçiliklə bağlı görə biləcəkləri işlərdən söz açıb.
Tədbirdə Sevinc Əzimbəylinin təşkilatçılığı ilə Afrikada susuzluqdan əziyyət çəkən müsəlmanlara Azərbaycan qadınlarından hədiyyə olaraq inşa etmiş olduğu su quyusunun videoroliki təqdim edilib. Nizami rayonu 220 nömrəli lisey məktəbin şagirdi Nərmin Rəhimlinin Anadolu liseyinin şagirdi Nəzrin Məmmədlinin xeyriyyəçiliklə bağlı duyğulu şeirləri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli çıxış edib «Yeni Üfüq»ə gələcək fəaliyyətində uğurlar diləyib.

BƏXTİYAR

 





19.11.2012    çap et  çap et