525.Az

"Son zamanlar məişət səviyyəsində cinayətkarlıq hallarının sayı artıb"


 

"Son zamanlar məişət səviyyəsində cinayətkarlıq hallarının sayı artıb"<b style="color:red"></b>

"Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı ciddi mübarizə, uğurlu əməliyyatlar həyata keçirilir. Amma son zamanlar məişət səviyyəsində cinayətkarlıq hallarının  sayı artıb".

Bunu  Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə  səsləndirib. O bildirib ki, bunun yeganə səbəbi sosial mədəni islahatlarla bağlıdır:"  Buna görə bölgələrdə idman, kütləvi, mənəvi xarakterli tədbirlərin artırılmasına ciddi ehtiyac var. Əgər bu artırılsa, məişət sahəsində cinayətlərin azalmasına gətirib çıxara bilər. Bu tədbirlərin həyata keçirilməsi üçün vəsait ayrılmalıdır. Eyni zamanda Gənclər İdman Nazirliyinin davamlı fəaliyyət göstərən qış yay düşərgələrinin yaradılması hökumətinin diqqətində olunmalıdır".

Ə.Hüseynli həmçinin bildirib ki, xaricdə təhsilə göndərilənlərlə bağlı ciddi nəticələr var:" Mənə elə gəlir ki, burada taktikanı dəyişmək olar. Xaricdən müəllimlərin Azərbaycana dəvət edilməsi daha effektli olar. Bununla prosesin kütləviliyini təmin edə bilərik. Minlərlə insanlar bundan bəhrə ala bilər".

KAMİL

 





21.11.2014    çap et  çap et