525.Az

"17 yataqxananın vəziyyəti daha ciddidir..."


 

"17 yataqxananın vəziyyəti daha ciddidir..."<b style="color:red"></b>

"Parlamentdə çıxışımda da qeyd etdiyim kimi, 2015-ci il üçün dövlət büdcəsi layihəsi çox  yüksək səviyyədə hazırlanıb".

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Leyla Abdullayeva dilə gətirib. Onun dediyinə görə, ümumiyyətlə, artıq sona çatmaqda olan 2014- ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinamik inkişaf  prosesləri, sosial-iqtisadi sahədə islahatlar davam edib, respublikamız regionun lider dövləti statusunda möhkəmlənib, makroiqtisadi tarazlıq tam şəkildə təmin olunub:

"
Eyni zamanda, büdcə müzakirələrində olduğu kimi, Sumqayıtla bağlı 2 məsələyə görə bir daha maliyyə nazirinə, hökumətə müraciət etmək istəyirəm. Bu məsələlər səhərimizin öz maliyyə imkanları ilə həll edilə bilməyəcək. Bu məsələlər üçün ayrıca vəsaitə ehtiyac var. Birinci məsələ "Acıdərə" adlanan axarla bağlıdır.

9,5
km uzunluğunda olan bu axar böyük problemlər mənbəyidir. Bu axara yeraltı fekal çirkab axıdılır.

Həmçinin
,  bu bölgədə yerləşən əhali bəzi müəssisələr tullantılarını buraya axıdırlar.Tuğ zavod deyilən ərazidən başlayan bu su axar gedib Xəzər dənizinə tökülür ciddi ekoloji problemlər yaratmaqdadır. Son dövrlərdə 5 km uzunluğunda daha bir qol da formalaşmışdır. "Acıdərə" axarının ətrafında 10 mindən çox sakin yaşamaqdadır ki,bunun da 30 faizi məcburi köçkünlərdir. Bu axar dediyimiz kimi ekoloji problemlərə səbəb olur,o cümlədən aşıb-daşır,yağıntılar zamanı ətrafları su basır. Çirkab suları ətrafa yayılır,üfunət antisanitariyaya səbəb olur. Bu problemin həlli həmin axarın "latoka", boruya alınmasıdır. Bununla bağlı "Azərsu"nun nümayəndələri orda olublar, layihə hazırlayıblar. Lakin layihənin reallaşdırılması gecikir. Bunun üçünsə təbii ki, kifayət qədər maliyyə vəsaitinə ehtiyac vardır. Sumqayıt şəhəri öz "gücünə" bunu  edə bilməyəcək. Ona görə xahiş edirəm ki, hökumət, Maliyyə Nazirliyi bu problemin həllində bizə kömək etsin".

Deputat deyib ki, ikinci məsələ Sumqayıtda yerləşən yataqxanalarla bağlıdır: "Sumqayıtda hökumətimiz xeyli işlər görür,o cümlədən, mənzil məsələsi daim diqqətdədir. Yeni binalar tikilməkdədir. Mövcud binalar təmir edilir. Lakin yataqxana məsələləri daha çox diqqət dəstək tələb edir. Sumqayıt şəhərində cəmi 77 yataqxana mövcuddur.Onlardan 63-ü Dövlət Mənzil Fondunun balansındadır. 14-ü isə ayrı-ayrı müəssəsilərin balansındadır. Qeyd edilən 63 yataqxanada  15 minə qədər əhali məskunlaşıb ki,onun 4800 nəfəri məcburi köçkünlərimizdir. Bu yataqxanaların əksəriyyətinin istismar olunma müddəti keçib. İçərilərində qəza vəziyyətində olanlar da var.

Bu barədə Fövqaladə Hallar Nazirliyinin ekspertiza rəyi var. Xüsusilə 17 yataqxananın vəziyyəti daha ciddidir.

Bu gün Sumqayıtdakı bu birgəyaşayış binalarının ciddi təmirə ehtiyacı var. Orada yaşayan sakinlər gündəlik məişətdə xeyli problemlərlə rastlaşırlar. Gigiyena məsələləri, təmizlik problemləri ciddidir. Əsaslı ciddi təmirə dayanmalarına xeyli maliyyə vəsaitinin ayrılmasına ehtiyac var".

K.HƏMZƏOĞLU

 





21.11.2014    çap et  çap et