525.Az

Ömrün bəyaz çalarları


 

Ömrün bəyaz çalarları <b style="color:red"></b>

Ömrünün 80-ci ilinə qədəm qoymuş Qənbər Şəmşiroğlunun həyat yolu işıqlı salnamə bir  müdriklik düsturudur

 

Hələ qədimdən filosoflar bu fikirdə olublar ki, müdriklər təkcə işıqlı düşüncələri gəzdirənlər deyil, həm öz ömürlərini bu tərzdə yaşayanlar, gerçək həyatdakı davranışları ilə başqalarına nümunə olanlardır. Bugünkü qənaətə görə müdrik o adamdır ki, mürəkkəb dünyada necə ömür sürməyin, hər addımda rastlaşdığı çətinliklərdən necə çıxmağın, taleyin zərbələrinə necə tab gətirməyin, haqqı-ədaləti unutmamağın, büdrəyəndən sonra hünərlə ayağa qalxıb necə ləyaqətlə yaşamağın yolunu sənə göstərə bilsin. Bu baxımdan indi ömrünün 80-ci ilinə qədəm qoymuş nüfuzlu el ağsaqqalı, tanınmış ictimai xadim, şair yazıçı-publisist  Qənbər Şəmşiroğlunun bütün ömür yolu bir müdriklik nümunəsidir.

 

 

 

Studiyadan təzəcə çıxıb qonaqlarımı yola salmışdım ki, cib telefonum aramsız zəng çalmağa başladı. Neçə illərdən bəri dostluq etdiyim Qənbər müəllim idi. Həmişə şən, gümrah ötkəm olan səsi bu dəfə telefonda mənə bir az qayğılı göründü. Salam-kəlamdan sonra:

 

- Xəbərin var, bu Məmməd (ünlü şairimiz M.Aslanı nəzərdə tuturdu) işləri yenə korlayıb ? dedi. Bir az qabaq danışdım, halı heç xoşuma gəlmədi.

 

- İstəyirsiniz bu dəqiqə Mail həkimə zəng vurum, gedib bir baş çəksin, həm dərman-flan lazımdırsa çatdırsınlardeyə mən ağlıma gələn ilk fikri söylədim.

 

- Deyəsən, təklifim onu çox da açmadı. Telefonun o başında səsini ərkyana bir az qaldırdı:

 

  - Ayə, yox ey. İynə-dərmanlıq deyil, bu gün 2-3 dəfə həkim gəlib üstünə. Dur gəl bura, bir gedək dəyək ona.

 

Yarım saatdan sonra biz Bakının keçilməz tıxacından birtəhər qurtularaq birlikdə Sumqayıta üz tutmuşduq. Qənbər müəllim çox fikirli idi, yol boyu gözləri elə hey yol çəkirdi,  danışmırdı, özlüyündə nəyi isə götür-qoy edirdi. Onu söhbətə çəkmək üçün göstərdiyim cəhdlər uğursuz alındıqdan sonra maşının sürətini artırdım. Arada  mənəbir az yavaş sürdesə , onu məşğul edən fikirlərdən qopa bilmirdi. Uzun yol boyu ağzından bircə kəlməzalım oğluna yüz dəfə deyirsən ki, bir yerdə otur, səhhətinə bax, adamı eşitmircümləsi çıxdı. Onu da əslində mənə demirdi, sadəcə dodaqlarının altında pıçıldayırdı.  Həmişə zarafatcıl, üzügülər olan, şirin-duzlu atmacalarından qalmayan  Qənbər müəllim gəncliyindən bu yana duz-çörək kəsib dostluq etdiyi Məmməd Aslandan çox narahat idi.

 

Pilləkənləri yaşına uyğun olmayan bir cəldliklə qalxdı. Artıq onun həyəcanı mənə sirayət etmişdi, adamın ağlına yüz fikir gəlir belə məqamlarda... Yaxşı ki, qapını şair özü açdı (zatən, başqa adam da yoxdu, şair uzun illərdir ki, bu mənzildə tək yaşayır). Halsız üzülmüş haldaydı, deyəsən Qənbər müəllimin gəlişi bir az gözlənilməz olmuşdu onunçun, üzünə xəfif bir işıq gəldi, gözləri bütün vücudu dirçələn kimi oldu. Xeyli mehriban görüşdülər, yalnız özlərinin bildikləri Allah bilir arxasında hansı incə mətləblərin yatdığı ifadələrlə zarafatlaşdılar. Amma  zarafata keçməzdən əvvəl onların dialoqu heç yadımdan çıxmır.Qən çaynikin bər müəllim xəstələndiyinə görə şairi ərklədanlayır”, o  da uşaq kimi özünə bəraət qazandırmağa çalışırdı:

 

Ə nədi, yenə noolub, niyə özünə baxmırsan, sənin 50 yaşın yoxdur ey, tay havalar da soyuyub, niyə qorumursan özünü?

 

Ay Qənbər, elə bilirsən özümdən asılıdır, olur da... neyniyim! Şəkər xanım bir yandan yapışıb yaxamdan, ürək sözümə baxmır, gözlərim indi təzə açıb mənə...

 

Məmməd müəllimin nadir kitablarla dolu olan böyük incə səliqəsi olan otagında əyləşib dərdləşməyə başladılar. Şair mənə qazlarının gəldiyini, çaynikin mətbəxdə olduğunu dedi. Əslində mən birinci dəfə deyiliydi ki, bu evdə olurdum. Mətbəxin harda yerləşdiyini, çaynikin bankalarda hansı faydalı otların olduğunu, Məmməd müəllimin ən yaxşı meyvə arağını,ən yaxşı mürəbbəni hara qoyduğunu, hətta mən evə gələn kimi üstündə əsdiyi ən yaxşı kitabları hər ehtimala qarşı hansı rəfə qaldırıb qoyduğunu da yaxşı bilirdim. Amma indi şair məni başa salırdı ki, qulluq eləməyə halım yoxdu, zəhmət çəkib özünüzə çay dəmləyin.  

 

Mən məmnuniyyətlə vəzifəmin icrasına başladım, ağsaqqallar isə nostalji duyğularının qanadlarında keçmişə uçurdular... Onların səmimi münasibətləri, xüsusən hər halda yaşca böyük, həm imkanlı olan Qənbər müəllimin dostuna belə həssas münasibəti mənə yaman ləzzət eləmişdi. Doğrudur, əvvəllər onun gənclik dostuna diqqətini görmüşdüm, amma bu gün həmin münasibətin qədər dərin, səmimi duyğu burulğanı yaratdığının şahidi oldum. Özlüyümdə bunu Qənbər müəllimin kökdən gələn şəxsiyyəti, mənsub olduğu ocağın nəcibliyi ilə əlaqələndirdim. İstər-istəməz Dədə Şəmşirin insanın əsli-nəcabəti, nəsildən, kökdən gəlmə  insani keyfiyyətləri vəsf edən məşhur misraları dilimin ucuna gəldi:

 

 

Lütfü təmiz, əsli, zatı pak olan,

 

dosta kəm baxar, üzdən keçər.

 

 

Bu, artıq bir davranış tərzi, yazılmamış qaydadır, kodeksidir.  Mənəvi kamilliyə iddia edən hər kəs üçün həmin ləyaqət proqramını isə zaman-zaman Şəmşır ocağının orta əsrlərə gedib çıxan nəsil şəcərəsi yazmışdır.

 

 

 Miskin Abdalla başlayan nəsil şəcərəsi

 

 

Qənbər müəllim vaxtilə Ağdam İkiillik Müəllimlər İnstitutunda oxuyarkən bir dəfə yaz tətili günlərində Ağdabana gələndə  evdəkiləri çox pərişan ovqatda görür.  Soruşub öyrənir ki, Mingəçevir tərəfdən beş-altı aşıq bir ustad kimi atasını qaralayıb, gah hərbə-zorba atışma şeirləri, gah da ağıllarına gələn bağlamaları kişinin ünvanına göndərib cavab gözləyirlər. Şəmşir kişi evdə yox, aran rayonlarında toylarda imiş.  Qənbər yazılanlarla tanış olub, elə həmin axşam lovğa aşıqların qıfıl-bəndlərini birər-birər açıb cavablarını verir. Axırda da  18 yaşlı bu gənc nəsil-nəcabəti şəxsi kimliyini fəxarətlə bəyan edən belə bir qoşma da göndərir onlara.

 

Pədərim Şəmşirdi; madərim Güllü,

 

Babam Şair Qurban, bir adı bəlli!

 

Tələbə Qənbərəm, Ağdaban elli!

 

Qoy tanısın kim ki, bizi bilmədi!!

 

Bu yerdə yazsaq ki, ot kökü üstdə bitər, xeyli çeynənmiş fikir kimi görünəcək. Daha sərrast obrazlı demək üçün Şəmşir kimi ustad olmaq gərəkdir ki, “mərd ata, mərd oğul el misalıdıkimi qanadlı ifadəni tapa biləsən. Bu ifadə ən azı 400-500 illik tarixi olan nəsil şəcərəsinə aiddir. Bilinən odur ki, bu şəcərədə Miskin Abdal, Ağdabanlı şair Qurban, Dədə Şəmşir, Qəmbər Şəmşiroğlu, Cavid Qurbanov kimi parlaq adlar var.

 

Orta əsr kitabələrində şifahi xalq  ədəbiyyatında Miskin Abdalın şəxsiyyəti barədə az qala əfsanələr danışılır. Könüloxşayan dərin fəlsəfi şeirləri, iti ağlı, hazırcavablığı   həqiqətpərəstliyi ilə məşhurlaşmış Msikin Abdal, həm sadə xalq arasında, həm şah saraylarında sevilirdi. Bu dəbdəbəli saraylarda keçirilən elm-ürfan məclisləri, şeir musiqi gecələri onsuz ötüşməzdi. Dərin zəkasına, iti ağlına dürüst əxlaqına görə Şah İsmayıl Xətai Miskin Abdala rəğbət bəsləmiş, həmişə onu dəyərləndirmişdi. Bu nəhəng söz adamının nəsil şəcərəsinin bir qolu məşhur el şairi Qurbana gəlib çıxır.

 

Bu həmin Ağdabanlı şairdir ki, “Qurban, qəm eləmə, kərəm kanı var! Adil zalım olmaz, haqq divanı var!” deyərək Molla Pənah Vaqifdən sonra uzun illər Azərbaycan şeir dilinin, ədəbiyyatımızın inkişafına dəyərli töhfələr vermişdir. Həm təkcə təbiəti, gözəlləri vəsf etməmiş, əsərlərində zəmanənin insan duyğularını korşaldan sosial çalarlarına da yer vermişdir. Yaxşı ki, indi bu əsərlər gün işığına çıxarılır, böyük şairin kitabları çap olunur, oxunur, əsərləri tədqiq edilir.

 

Daha sonra  aşıq poeziyasının müxtəlif poetik formalarında (qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl müxəmməslər) yaratdığı mükəmməl sənət nümunələrilə Dədə Şəmşir gəlir. Ömrünün 60 ilini öz sənəti ilə xalqın xidmətində dayanmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir duyğularını yüksək sənətkarlıqla ifadə etmiş Aşıq Şəmşir yazılı şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən ( buna öz istedadını əlavə edən) qüdrətli söz ustası kimi öz fərdi məktəbini yaratmışdır.

 

Dədə Şəmşir ocağında isə bu gün Qənbər müəllim qələm çalır. Şeirlər, hekayə povestlər yazır, xatirələrini çap etdirir. Daşıdığı vəzifələrin ağırlığına, işlərinin çoxluğuna gərginliklərə baxmayaraq oğlu Cavid hərdən könül rübabını dilləndirir, şəcərə genindən gələn tükənməz enerji ilə poetik mozaika hörür.  Təəccüblü deyil, amma maraqlıdır ki, Miskin Abdaldan tutmuş Cavid Qurbanova kimi əlinə qələm alanların hamısı çox yaxın, hətta eyni mövzulara toxunurlar: təbiət gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq, insana xas olan ən ülvi duyğular onların yaradıcılığının əsas mövzularıdir, xüsusən dağ bu müqəddəs varlığa müraciət başlıca motiv kimi görünür. Məsələn, Şair QurbanınDağlarqoşması ilə ulu dədəsi Miskin Abdalın Dədə ŞəmşirinDağları arasındakı doğmalıq açıq-aşikar duyulmaqdadır. “Məni boğur o dağların həsrətideyən Qənbər Şəmşiroğlunun da, duyğulandırıcı bir intonasiya iləDağlar bizim dağlar deyildeyə mizrabı küskün əda ilə kədərli simlərə vuran Cavid Qurbanovun da nəzmə çəkdiyi dağlar bizə doğmadır,  Bu oxşarlıq, simsarlıq Miskin Abdaldan Ağdabanlı Qurbana, ondan Dədə Şəmşirə Cavidə qədər gözlə görülən qədər aydınlıqla sezilir; otun öz kökü üstündə bitdiyi xalq inancına bir daha heyrət eləyirsən.

Bir ömür dastanı

 

Qənbər müəllimin olduqca ibrətamiz həyat yolu var. Tale ona Dədə Şəmşir ocağında dünyaya göz açmağı qismət eləyib, uşaqlıqdan şeir, sənət, elm-ürfan havasını udub. Uşaqlığı acı müharibə illərinə düşsə , təhsildən qalmayıb, orta məktəbi yaxşı oxuyub. 1953- ildə Ağdam Dövlət Müəllimlər İnstitutunun Azərbaycan dili ədəbiyyatı fakültəsini bitirərək Kəlbəcərə qayıdır. Əvvəlcə doğma Ağdaban yeddiilik məktəbində müəllimlik edir. Sonra həmin məktəbə direktor təyin olunur. Qısa müddətdə işgüzarlığı ilə bütün Kəlbəcərdə ad çıxarır. Tezliklə bu gənc kadrı komsomol işinə cəlb etmək istəyirlər. Lakin rayon rəhbərliyinin onu komsomolun birinci, Bakının isə ikinci katib görmək istəməsi üstündə yaranan mübahisəni qüruruna sığışdırmayan Qənbər müəllim bu işdən imtina edir. Bir müddət raykomun təbliğat şöbəsinə rəhbərlik edir, onda 24 yaşı varıymış...

 

1971-ci ildə Kəlbəcər rayon partiya komitəsinin ikinci katibi təyin olunur. Təəssübkeş bir ziyalı partiya xadimi kimi rayonun sosial-mədəni həyatının inkişafına öz töhfəsini verir. 1974- ildə ona daha böyük etimad göstərərək rayon icraiyyə komitəsinin rəhbərliyini həvalə edirlər. 15 il bu yüksək vəzifədə çalışmış Qənbər müəllim həmin posta öz doğma rayonu, Azərbaycanın ucqar guşələrindən sayılan Kəlbəcəri inkişaf etdirib çiçəkləndirmək fürsəti kimi baxırdı.

 

Gədəbəyin müdafiəsi,

 

Ağdabanın faciəsi

 

Qənbər müəllimin idarəçilik sahəsindəki 20  illik zəngin təcrübəsini, dağ rayonunda yüksək quruculuq işləri aparmaq bacarığını nəzərə alaraq, həm yaxın qohumunun Kəlbəcərə birinci katib təyin edilməsi səbəbindən 1989-cu ildə onu Gədəbəy rayonuna icraiyyə komitəsinin sədri vəzifəsinə göndərirlər. Daha sonra 1992-ci ilə kimi həmin rayonun icra hakimiyyətinə başçılıq etmiş, ömrünün çox çətin illərini burada yaşamış, Gədəbəyin inkişafı, güclənməsi o dövrdə güclənməkdə olan erməni separatçılarının hücumlarından müdafiəsi üçün çox işlər görmüşdü.

 

Bəzən taleyin qəribə gedişləri olur. Qənbər müəllim gecəli-gündüzlü bütün səyi ilə Gədəbəyi erməni hücumlarından qoruduğu bir vaxtda onun doğma Kəlbəcərinin başı üzərini almış qara buludlar getdikcə sıxlaşırdı. Belə ağır bir vaxtda ulu Şəmşir yurduAğdaban amansız düşmən hücumuna məruz qaldı. Bu xəbəri alan Qənbər müəllim gecə saat 3- Kəlbəcərə çatmışdı, amma neyləyə bilərdi ki?

 

Ağdabana hücum tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri idi. 130 evdən ibarət kəndı tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilmişdir. 32 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Qənbər müəllim bu qırğında bir çox doğmalarını, o cümlədən sevimli bacısı Çimnazı itirmişdi.

 

Ağdaban dərdindən sonra daha ağır dərd gəldi, dağlara söykənmiş Kəlbəcər süqut etdi, minlərlə insan yurd-yuvasından didərgin düşdü. Qənbər müəllim qaçqınçılığın ilk dövrlərindəkəlbəcərlilərin sağalmaz yaralarının  hələ qaysaq bağlamadığı təzə vaxtlarda rayon icra hakimiyyətinə başçılıq etdi. Əsil el-oba təəssübkeşi, dar günün adamı olduğunu bir daha göstərdi. Azərbaycanın az qala hər yerinə səpələnmış adamları böhrandan, kütləvi ruh düşkünlüyündən çıxara bildi...

 

Sabaha ümidlə baxıram...”

 

Qənbər müəllim 1994- ildən fərdi təqaüdə çıxıb. Amma bir ağsaqqal kimi yenə elin-obanın yanındadır. Həmişəki tək xüsusi hörmət-izzət sahibidir. Yenə şuxluğunu saxlayır, daim insanlar arasındadır, el-el gəzir, Azərbaycanın hər yerinə səpələnmiş kəlbəcərlilərə baş çəkir, xeyirdə-şərdə olur, adamları sabaha ümidlə baxmağa ruhlandırır. ...Özü işdən-gücdən qalmayıb, təsərrüfatla, əkin-biçinlə məşğuldur. Təqaüdə çıxandan sonra paytaxtda yaşamaq üçün geniş imkanları olsa da o, cəfakeş ömür-gün yoldaşı Firuzə xanımla həmişə üstündə gəzib güc aldığı torpağı seçiblər, rayonda məskunlaşıblar  İstisi işığı heç vaxt azalmayan Dədə Şəmşir ocağı bir ilham çeşməsi, saz söz ocağıdır. Qənbər müəllimin hələ uşaqlıqdan bədahətən şeir demək qabiliyyəti olub, ara-sıra şeirlər. Gəncliyində vəzifə çalışmaları vaxtının enerjisinin çoxunu alsa da, yenə bir əli qələmdə olub. Ömrü boyu xırda-xırda yazdıqlarını indi toplayıb kitablara çevirir, yeni əsərlərşeir povestlər yazır, xatirələrini qələmə alır. Bu illərdəOğul, gərək oğul olsun”, “Dədə Şəmşir yaddaşlarda”, “Gədəbəy xatirələri”,  Ömrün işıqlı anları”, “Dostlar unutmaz mənikimi şeir, povest xatirələrini çap etdirib. Bu yaxınlarda isə Qənbər müəlliminKəlbəcər xatirələrikitabı işıq üzü görüb. Həmin xatirələrdən sanki oxucuların ruhuna Ağdabanlı Şair Qurbanın unudulmaz misraları çilənir:

 

Əzəl xilqətimiz torpaqdan, sudan,

 

Sən bizə atasan, anasan, dağlar!

 

Əslində Qənbər müəllimin bu xatirələri yazması çox vacibdir, rəmzidir gələcək nəsillər üçün ictimai önəm daşıyır. Ən başlıcası odur ki, müdrik el ağsaqqalı bütün əsərlərində hamıda gələcəyə, sabahkı günə inam aşılayır, “mən sabaha inanıram, biz mütləq Kəlbəcərə qayıdacağıqmesajını verir. Çünki o torpaqlar, böyük söz ustalarının öydüyü dağlar da öz övladlarının həsrətindədir.                                                                             

 

 





19.11.2012    çap et  çap et