525.Az

Xəzər Universitetinin musiqi kollektivi Ankarada çıxış edib


 

Xəzər Universitetinin musiqi kollektivi Ankarada çıxış edib<b style="color:red"></b>

Türkiyənin Hacıtəpə Universitetində təşkil olunan konsertdə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, Əməkdar artist Fidan Hacıyevanın, tələbə solistlərin Xəzər Universitetinin oğlanlar qızlardan ibarət rəqs qrupunun ifaları hərarətli alqışlarla qarşılanıb.

Konsert sözügedən universitetlər arasında imzalanmış mədəni əməkdaşlıq əlaqələrinə dair anlaşma memorandumu əsasında həyata keçirilən proqrama uyğun təşkil olunub.

Konsertdə hər iki universitetin rəhbərliyi, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, elm mədəniyyət adamları iştirak ediblər.

 





21.11.2014    çap et  çap et