525.Az

Parlaq amal, unudulmaz əməllər


 

GÖRKƏMLİ MAARİFÇİ-PEDAQOQ MƏHƏMMƏD TAĞI SİDQİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR

Parlaq amal, unudulmaz əməllər<b style="color:red"></b>

Fədakar maarifçi, böyük pedaqoq tanınmış ədəbi sima olan Məhəmməd Tağı Sidqi (1854-1903) bütövlükdə öz ömrünü Azərbaycan maarifinə həsr edən nəhəng bir şəxsiyyətdir. Bu böyük şəxsiyyət bütün ömrünü Naxçıvanda xalqının milli oyanışı maariflənməsinə, yeni üsullu təhsil alması məktəblərin açılmasına həsr edib. Onun elə bir əsəri yoxdur ki, onun məzmununda maariflənmə məsələsi olmasın, fikri əxlaqi-inkişaf öz əksini tapmasın. M.T.Sidqi başdan-ayağa maarifçi idi.
 
Ordubadda Hüseyn Sultan Kəngərli ilə birlikdə 1892-ci ildə yaratdığı "Əxtər" məktəbi, Naxçıvanda açılmış "Tərbiyə" (1854) məktəbindəki fəaliyyəti bu böyük şəxsiyyəti yorulmaz əvəzsiz pedaqoq, müəllimlər müəllimi kimi səciyyələndirməyə imkan verir. Məhəmməd Tağı Sidqi həm yeni üsulla bilik verməyə xidmət edən çoxsaylı dərsliklərin hazırlanmasında da əvəzsiz xidmətlər göstərib. Onun "Əxlaq nümunələri", "Qızlara hədiyyə", "Coğrafiya" sair kimi dərslikləri Azərbaycanda dərslik hazırlanması istiqamətində razılıqla qarşılanır. Hətta birmənalı mübahisəsiz olaraq qeyd edilir ki, onun hazırladığı "Coğrafiya" dərsliyi coğrafiya fənni üzrə ilk, həm ən sanballı coğrafiya dərsliyi idi.

Onun yaradıcılıq nümunələri görkəmli pedaqoqun maarifçi-pedaqoji fəaliyyətinin əsasını təşkil edir. Təsadüfi deyildi ki, böyük pedaqoqun "stullarından çıxan" Azərbaycanın görkəmli simaları onu "böyük ustad cəlallı atamız" (Hüseyn Cavid) adlandırırdılar. O, həm əsl mənada qəzetçi, həm bir çox lirik qəzəllər, "Mədəniyyət məsnəviləri", "Kəblə Nəsir", "Heykəli-insanə bir nəzər" kimi zəngin fikirli, dərin mənalı ədəbi, elmi-fəlsəfi əsərlərin müəllifi, gözəl publisist, ədib idi. Bu baxımdan böyük maarifçi, şair, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 avqust 2014- il tarixli, eləcə bu böyük şəxsiyyətin ev-muzeyinin yaradılması haqqında 17 sentyabr 2014- il tarixli sərəncamları xalqımızın böyük şəxsiyyətinə verilən qiymət göstərilən misilsiz ehtiram kimi razılıqla qarşılanır.

Ümumiyyətlə, XIX əsrin əvvəllərindən təşəkkül tapan Azərbaycan maarifçiliyi özünəməxsus ənənələrlə davam edərək Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov başqalarının simasında öz zirvəsinə çatır. Razılıqla qeyd etmək olar ki, böyük bir hərəkat halını alan Azərbaycan maarifçiliyinin sayəsində Azərbaycan xalqı çoxsaylı nailiyyətlərə yetmişdir.

Xüsusi məmnunluqla əlavə etmək olar ki, Azərbaycanda Şərq türk dünyasında ilk dəfə yeni üsullu məktəblərin açılması geniş intişar tapması, qızların məktəbə cəlbi çoxsaylı qız məktəblərinin açılması, mətbuatın yaranması geniş intişar tapması, peşəkar milli teatrın yaranması genişlənməsi sair məhz maarifçilik hərəkatının uğurlu nəticələrindən idi. XX əsrin əvvəllərində Şərq aləmi türk dünyasında ilk dəfə parlamentli, Demokratik Xalq Cümhuriyyətinin yaranması da, qadınlara seçmək seçilmək kimi ali hüquqların verilməsi məhz Azərbaycanda baş tutub. Təsadüfi deyil ki, bu amil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" 15 fevral 2008-ci il tarixli sərəncamında da qabarıq təqdim edilərək deyilirdi:

"
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir.

Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir". Bu mənada Azərbaycan xalqının tarixində bir sıra nailiyyətlərlə yadda qalan bu mərhələdə əldə olunan müvəffəqiyyətləri iftixarla maarifçilik hərəkatının uğurlu nəticələrindən hesab etmək olar. Bu da əlamətdardır ki, maarifçilik hərəkatı təkcə dar bir çərçivədə deyil, bütün Azərbaycan miqyasını (hətta tarixi Azərbaycan miqyasında-müəllifdən) əhatə etmiş, özünün görkəmli simaları əlamətdar hadisələri ilə səciyyələnmişdir.

Yuxarıda adları çəkilən görkəmli şəxsiyyətlərlə birgə tarixi Azərbaycanın müxtəlif yerlərində fəaliyyət göstərən görkəmli ideoloq türkçülüyün banisi Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı başqa ziyalılar təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə türk dünyası üçün mühüm xidmətlərilə böyük şöhrət qazanmışdılar. Bu böyük hərəkatın görkəmli simalarından birinin XIX əsrin sonları-XX əsrin əvvəllərində Naxçıvanda milli oyanış, maarifçilik, məktəbdarlıq işlərinin görkəmli nümayəndəsi Məhəmməd Tağı Sidqinin olması iftixar doğurur. Bu görkəmli şəxsiyyət özünün insaniyyəti, saf əqidəsi idealları, çoxsaylı əhəmiyyətli xidmətləri ilə o qədər dərin iz buraxmışdı ki, dövrün Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əli Səbri Qasımov, Əziz Şərif çoxsaylı başqa nümayəndələri heç bir vəchlə unuda bilməmiş, onun haqqında, sözün əsl mənasında, ən mötəbər, bir daha kiminsə haqqında təkrarən deyilməyəcək səviyyədə sözlər demişdilər.

Bu baxımdan Məhəmməd Tağı Sidqi Səfərov (1854-1903) bütövlükdə öz ömrünü Azərbaycan maarifinə həsr edən dahi bir şəxsiyyət, görkəmli maarifçi, nəhəng pedaqoq, dövrünün aparıcı simalarından biri hətta ağsaqqalı idi. Bu fədakar, yorulmaz, millətcanlı şəxsiyyət hələ Ordubadda kasıblığın daşını atmaq üçün işlətdiyi çayxanada da maarifçilik amalına sədaqət göstərmiş, burada toplaşan insanların dünya hadisələri digər məsələlərdən xəbərdar olması üçün mümkün vasitələrdən səxavətlə istifadə etmişdi. Təsadüfi deyil ki, onun bu çayxanası çoxsaylı görkəmli simalar tərəfindən "maarif ocağı" kimi qiymətləndirilirdi. Oğlu Məmmədəli Sidqi nəhəng pedaqoqun çayxanası haqqında bunları yazırdı: "O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi olduğuna, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur təhlil olunarmış.
 
Eyni zamanda atam o zaman İrandan, Rusiyadan Türkiyədən qəzetələr alıb oxuyarmış. Məsələn, İrandan "Nasiri", Bağçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi "Tərcüman", İstanbulda çıxan "Əxtər" qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri arasında gizlincə oxunarmış.

"
Tərcüman" qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman "Tərcüman" qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan müsəlmanlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış... "Tərcüman" qəzetəsinin təsiri altında atam ona bu yolda ən birinci yaxından kömək edən Hüseyn sultan Kəngərlinski nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər". Bu baxımdan Məhəmməd Tağı Sidqinin qısa ömrü, iman dolu həyatı fəaliyyəti maarifçilik idealları ilə zəngindir. Mirzə Cəlil Şürbi bu nəhəng simanı yaxından tanıyan bir müasiri olaraq onun haqqında haqlı olaraq yazırdı: O (yəni M.T.Sidqi - müəllif), elə bir mühərrir müdərris idi ki, səsi bütün Yaxın Orta Şərqi maarif nuruna qərq etmişdi. Bütün bunları nəzər alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli şəxsiyyət, nəhəng maarif xadimi əvəzsiz pedaqoq haqqında bəhs edərək deyəcəkdi: "Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur".

M.T.Sidqi başdan-ayağa maarifçi idi. Onun maarifpərvər insan Hüseyn Sultan Kəngərli ilə birlikdə 1892-ci ildə Ordubadda yaratdığı "Əxtər", Naxçıvanda yarananan "Tərbiyə" (1894) məktəblərindəki pedaqoji fəaliyyəti, "Əxlaq nümunələri", "Qızlara hədiyyə", "Coğrafiya" sair əsərləri onun maarifçi-pedaqoji fəaliyyətinin əsasını təşkil edir. Naxçıvanda məktəb xeyriyyəçisi kimi geniş şöhrət qazanmış Hüseyn Sultan Kəngərlinin maaliyyə dəstəyi ilə yaradılmış "Əxtər" məktəbi bir tərəfdən bu görkəmli ziyalı M.T.Sidqinin pedaqoji, məktəbdarlıq "məşqi" olduğu kimi, digər tərəfdən onun bu sahədə dərin səriştə böyük bacarıqla geniş şöhrət qazanmasının da zəmini oldu. Görkəmli pedaqoqun şagirdlərindən olmuş, Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri Məmməd Səid Ordubabi "Həyatım mühitim" əsərində müəllimi M.T.Sidqinin bəhs olunan bu məktəbdarlıq işi barədə belə xatırlayırdı: "İsmayıl bəy Qasprinski Baxçasarayda yeni məktəb kitabını çap edib, "Üsuli-cədid" deyilən təzə üsulda məktəb açılmasına başlamışdı. Ordubad tərəqqipərvər əyanları, xüsusən varlılardan bəziləri Ordubadda bu kimi məktəbin açılmasına çalışırdılar...

İşin
başında Hüseyn Sultan Kəngərlinski idi. Hüseyn Sultan çox varlı mülkədar idiHüseyn Sultan ermənilərlə çox böyük mübarizə aparırdı. Hər bir şeydə onlarla müsabiqəyə başlardı. Onun bu məktəbi açması da həmin mübarizə ilə bağlı idi... Məktəb xalqın hesabına dolanırdı. Hüseyn Sultan belə bir qərar qoymuşdu. O, camaatdan aldığı hər bir ticarət malından məktəbin nəfinə bir faiz götürərdi: Faizə verdiyi adamlardan da məktəb nəfinə pul alırdı. Bunun üçün məktəb lazımınca təmin olunurdu". Burdan da aydın görünür ki, Naxçıvanda məktəbdarlıq işinin geniş intişar tapmasına milli inkişaf məsələsi olaraq əhəmiyyət verən ziyalılar olduğu kimi millətpərvər mülkədarlar da var idi mənsub olduqları xalqın uşaqlarının təhsilinə bütün qüvvəsilə səy göstərirdilər.

(Ardı var)

Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





21.11.2014    çap et  çap et