525.Az

Bakıda mağazada 23 çeşiddə ərzaq malları məhv edilib


 

Bakıda mağazada 23 çeşiddə ərzaq malları məhv edilib<b style="color:red"></b> İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 57 ünvanında yerləşən "Fidan market"də 23 çeşiddə ümumi çəkisi 45 kq-dan artıq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bundan başqa, mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.
 





19.11.2012    çap et  çap et