525.Az

“Azərbaycan iqtisadiyyatı Ukraynadakı böhranın hər bir təsirinə dayanıqlıdır"


 

“Azərbaycan iqtisadiyyatı Ukraynadakı böhranın hər bir təsirinə dayanıqlıdır"<b style="color:red"></b>

“Azərbaycan iqtisadiyyatı Ukraynadakı böhranın hər bir təsirinə dayanıqlıdır. Amma neftin ucuzlaşması ölkə iqtisadiyyatına mənfi təsir edə bilər”.

“APA-Economics” “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca Əl-Mərzuqi deyib.
 
“Neftin qiymətinin sabit və qəflətən azalması səbəbindən yaranan boşluğu doldurmaq üçün həyata keçiriləcək fiskal siyasət qeyri-neft sektorunda artıma təsir edə bilər”, - deyə o qeyd edib.
 
Onun sözlərinə görə, Azərbaycan üçün prioritet məqsədlərdən biri hökumətin fiskal konsolidasiya üzrə orta müddətli strategiyanın davam etdirilməsi yolu ilə neft-qaz sektorundan asılılığın azaldılmasıdır.

 





21.11.2014    çap et  çap et