525.Az

Portuqaliyanın keçmiş baş naziri həbs olunub


 

Portuqaliyanın keçmiş baş naziri həbs olunub<b style="color:red"></b> Portuqaliyada keçmiş hökumət rəhbəri Joze Sokrates ötən gün axşam saatlarında həbs edilib.
 
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Socrates vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin  leqallaşdırılması və korrupsiyada təqsirli bilinir.
 
Portuqaliyanın keçmiş baş naziri Parisdən gələrkən Lissabon hava limanında saxlanılıb. Cinayət işi çərçivəsində daha 3 nəfər istintaqa cəlb olunduğu bildirilir.
 





22.11.2014    çap et  çap et