525.Az

Pakıstanda hərbi təyyarə qəzaya uğrayıb


 

Pakıstanda hərbi təyyarə qəzaya uğrayıb<b style="color:red"></b>

Pakıstanın Kəraçı şəhəri yaxınlığında ölkənin Hərbi-Hava qüvvələrinə məxsus qırıcı qəzaya uğrayıb.

APA-nın Associated Press-ə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində təyyarənin pilotu ölüb.
 
Pakistan MN-nin rəsmi nümayəndəsinin açıqlamasına əsasən, təyyarə gecə vaxtı xüsusi sınaq təlimlərində iştirak edirmiş. Təyyarənin düşməsi nəticəsində zərərçəkən olmayıb. Hadisə yerində araşdırma aparılır. Qəzanın səbəbləri müəyyənləşdirilir.

 





22.11.2014    çap et  çap et