525.Az

İtaliyada təkərli çantalar qadağan edildi


 

İtaliyada təkərli çantalar qadağan edildi<b style="color:red"></b>

Turistlərin axın etdiyi İtalyanın Venesiya şəhərində təkərli çamadanların istifadəsi qadağan edilir.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra şəhərə əlində təkərli çamadanlar gedən turistlər 100-500 avro arasında cərimələnəcəklər.

Venesiya xüsusi komissarı Vittoria Zappalorta məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu ağır və sərt təkərləri olan çamadanları şəhərdə hərəkət etdirərkən çıxardıqları gurultulu səslərdən dolayı insanlar narahat olurlar.

O qeyd edib ki, bu şəhərə ildə 20 min turist gəlir. Onların təkərli çəmadanlarının ətrafa saldığı səs artıq dözülməz hala gəlib.

Belə ki, şəhəri ziyarət edən turistlərə daha az səs çıxaran və əldə daşına biləcək çamadanlar məsləhət görülüb.

Qeyd edək ki, bu qadağa şəhər sakinləri aid edilməyəcək.

 





22.11.2014    çap et  çap et