525.Az

Balaxanıda hərbi sursat aşkarlanıb


 

Balaxanıda hərbi sursat aşkarlanıb<b style="color:red"></b>

Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub.

Bu barədə APA-ya “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat daxil olub. Tapılmış əşyalar polisə təhvil verilib.
 
“Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır: 161 ədəd 7.62 çaplı təlim patronu, 38 ədəd 7.62 çaplı patron, 9 ədəd 5.45 çaplı patron, 2 ədəd radioötürücü, 1 ədəd radioötürücünün cərəyan dolama cihazı,        1 komplekt hərbi durbin, 1 ədəd PDM-2 30 mm-lik mərmisi, 1 ədəd tüfəng qundağı
 
Qeyd olunub ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.

 





22.11.2014    çap et  çap et