Bakı Dövlət Universitetində (BDU) “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “In/Trend/out” adlı interaktiv foto-aksiya sosial sərgisi açılıb.
BDU-dan AzərTAc-a bildiriblər ki, sərgidə Yelena Cetere, Orxan Qarayev, Nurziyə Xəlilova, Mehbarə Abbasov, Zöhrab Salamzadə, Ülviyyə Həsən və Hatəm Əliyevin sosial problemlərə aid şəkilləri nümayiş olunub.
Əməkdar rəssam Səbinə Şıxlinskayanın ustad dərslərinin nəticəsi olan sərginin məqsədi gənclərdə fotolar vasitəsilə verilmiş mövzular üzrə özlərini ifadə etmək bacarığını gücləndirməkdir.