525.Az

Siyavuş Kəriminin 60 yaşı münasibəti ilə konsert keçirilib


 

Siyavuş Kəriminin 60 yaşı münasibəti ilə konsert keçirilib<b style="color:red"></b>

Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Musiqi Kollecində Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin 60 illik yubileyinə həsr edilmiş konsert olub.

Kollecin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov müasir musiqi tariximizdə Siyavuş Kəriminin yaradıcı, novator bəstəkar beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi kimi tanındığını bildirib. Onun rəhbərliyi altında 2001-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri uğurla gerçəkləşib. BəstəkarSarı gəlin”, “Sonuncu döyüş”, “Girov s. bədii, çoxseriyalıHeydər Əliyevteleviziya filmlərinə, animasiya filmləri bir çox teatr tamaşalarına musiqilər yazıb.

Vurğulanıb ki, bəstəkarın Xalıq artisti Azərpaşa Nemətovun 2003- ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyduğuHamlettamaşasına yazdığı musiqisi isə ədəbi ictimaiyyətin, sənət adamlarının rəğbətini qazanaraq, “Qızıl Dərvişmükafatına layiq görülüb.

Çıxışlarda musiqi nəzəriyyəsi dərsliklərin hazırlanmasında yaxından iştirak edən Siyavuş KərimininSaz məktəbidərsliyinin həmmüəllifi, iki cilddən ibarətAzərbaycan xalq mahnılarıməcmuəsinin tərtibçisi kimi uğurlu fəaliyyəti qeyd edilib.

Bildirilib ki, dövlətimiz tərəfindən bəstəkarın əməyinə yüksək qiymət verilir. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektoru olan S.Kərimi Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb, Prezident İlham Əliyevin müvafiq Sərəncamı iləŞöhrətordeni ilə təltif olunub.

Tədbirdə yubilyara kollecin diplom xüsusi mükafatı təqdim edilib.

Konsertdə bədii rəhbər dirijor Səməd Vəkilovun rəhbərliyi ilə kollecin nəfəs zərb, bədii rəhbər Şamil İsmayılovun rəhbərliyi ilə isə xalq çalğı alətləri orkestrlərinin müşayiəti ilə tələbələrin ifaları dinlənilib. Yubiley konsertdə səslənən Azərbaycan, Qərb bəstəkarlarının yubilyarın əsərləri maraqla qarşılanıb.

S.ABDULLAYEVA

 





22.11.2014    çap et  çap et