525.Az

“Birləşən könüllər” filminin qala-premyerası olub


 

“Birləşən könüllər” filminin qala-premyerası olub<b style="color:red"></b>

“28 Cinemakinoteatrı türk filmləri həvəskarları üçün qapılarını açıb. Belə ki, Hasan Kıraçın rejissoru olduğuBirləşən könüllərfilminin qala-premyerası keçirilib. Premyerada filmin prodüseri Ahmet Gül, baş rolda çəkilən Serkan Şenalp, həmçinin Sema Çeyrekbaşı, Ferdi Akarnur Atılqan Gümüş iştirak ediblər.
 
Filmdə 1940- illər Sovet Rusiyasından 1990- illərə uzanan bir yol təsvir olunur burada baş verən hadisələrdən bəhs edilir. İkinci dünya müharibəsində Şərq cəbhəsində qızğın döyüşlər gedir. Nasistlər Qızıl Ordu arasındakı müharibənin alovu təmiz bir sevdanı da bürümək üzrədir. Şimali Qafqaz türklərindən olan Niyaz Cənnət yeni evləniblər. Lakin müharibənin sərt zərbəsi ilə ayrılmağa məcbur olurlar. Niyaz Qızıl Orduya gedir. O, cəbhədə döyüşərkən nasistlər Cənnətgilin kəndinə qədər irəliləyir. O çətin günlərin birində Cənnət həyatı bahasına məsum bir rus qızını nasistlərdən gizlədir. Lakin nasist komandirin cəzası yüngül olmur. Cənnət bütün kəndin əhalisi məcburi işçi kimi Almaniyadakı düşərgələrə göndərilir.

Düşərgəyə
gedən qatarda Cənnət ilə Niyaz təsadüf nəticəsində yenidən qovuşurlar. Onların birlikdə qaçmaq planları uğursuzluqla nəticələnir bir-birlərini bir daha görə bilmirlər. Cənnət yeni doğulan oğlu Bədəllə həyatda qalmağa çalışır. O, vətəninə qayıda, Niyazdan bir xəbər ala bilir. Lakin sevdası səbri ilə gözləyir. Tale onları 50 ildən sonra qovuşdurur. Film böyük ekranda canlandırılması mümkün olan fədakar insanların əhvalatıdır.

Filmdə təsvir olunan hadisələr nasist Almaniyası, Sovet Rusiyası, Şimali Qafqaz, Qazaxıstan Türkiyə kimi geniş bir coğrafiyanı əhatə edir. Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət edilib. Onlar qonaqları salamlayaraq ürək sözlərini söyləyiblər.

Daha sonra mətbuat konfransı olub. Bildirilib ki, filmdə 50 illik bir eşq hekayəsi təsvir edilib. Bu film Bolqarıstan, Gürcüstan Türkiyədə 16 həftə ərzində çəkilən əməyin nəticəsidir. Qonaqlar, həmçinin jurnalistlərin suallarını cavablandırıblar.

S.ABDULLAYEVA

 





22.11.2014    çap et  çap et