525.Az

“Balacaların ürəyinə yol tapan şair”in 80 yaşı


 

 “Balacaların ürəyinə yol tapan şair”in 80 yaşı <b style="color:red"></b>

Nazim Hikmət adına uşaq kitabxanasında tanınmış uşaq şairi İlyas Tapdığın 80 illik yubileyinə həsr olunmuşBalacaların ürəyinə yol tapan şairadlı tədbir keçirilib.

Kitabxananın foyesində şairin kitablarının sərgisi nümayiş olunub.

Görüşdə kitabxananın direktoru Ç.Əliyeva şairin həyat yaradıcılığından söhbət açıb. Bildirib ki, İlyas Tapdıq müasir Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin balacaların ürəyinə yol tapan şeirləri ilə yanaşı, yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərləri vardır.

Tədbirdə şair oxucuları ilə gənclik uşaqlıq xatirələrini bölüşüb.

Kitabxananın fəal oxucuları şairinƏvvəlim gəlincə axırım gəlsin”, ”Anam”, “Bəxtəvərdir”, “Özümə xitab”, “Mənim adım Babəkdir”, “Qalır”, “Sən naxışla”, “Sən kimə bənzəyirsən?” digər şeirlərini səsləndiriblər.

Sonda, fərqlənən iştirakçılara diplom fəxri fərmanlar təqdim olunub.

 





22.11.2014    çap et  çap et