525.Az

ABŞ-da azərbaycanlını qətlə yetirən şəxs tutulub (FOTO)


 

ABŞ-da azərbaycanlını qətlə yetirən şəxs tutulub<b style="color:red"> (FOTO)</b>

ABŞ-ın İllinoys ştatının Darien şəhərində 31 yaşlı azərbaycanlı Teymur Hüseynlini qətlə yetirməkdə təqsirli bilinən Cozef Spitalli tutulub.

APA-nın “Chicago tribune” qəzetinə istinadən verdiyi məlumata görə, o azərbaycanlını qətlə yetirməkdə və onun rəfiqəsini girov götürməkdə ittiham olunur. Hadisəni araşdıran polislər qətl hadisəsi və Cozef Spitallinin həbsi barədə ətraflı məlumat verməsələr də, Teymur Hüseynlinin bıçaqla öldürüldüyünü bildiriblər. Qatil daha sonra azərbaycanlının rəfiqəsinin evinə gələrək, onu girov götürüb. Lakin polis bir neçə saatdan sonra qatili həbs edib.
 
Öldürülən şəxsin rəfiqəsi hələ sentyabrda məhkəməyə müraciət edərək, onu Cozef Spitallidən müdafiə etməyə xahiş edib. Lakin məhkəmə bu müraciəti əsassız sayaraq rədd edib. Qadının dostları bildiriblər ki, o əvvəllər qatillə uzun müddət görüşüb, lakin sonradan ondan ayrılıb

 





19.11.2012    çap et  çap et