525.Az

Ronaldo haqqında 20 fakt


 

Ronaldo haqqında 20 fakt<b style="color:red"></b> Son illərdə haqqında ən çox danışılan 2 futbolçudan biri, heç şübhəsiz ki, Kriştianu Ronaldodur. "Qızıl top"un son qalibi bu il də həmin mükafata əsas namizədlərdəndir.

Fevral ayında 30 yaşını tamamlayacaq Ronaldonun şəxsi həyatı da insanlar üçün maraqlıdır. 
 
1. Ronaldonun bütöv adı Kriştianu Ronaldo dos Santos Aveyrodur.

2. La Liqanın bir mövsümündə bütün komandalara qol vuran yeganə futbolçudur.

3. Özündən böyük bir qardaşı və iki bacısı var.4. "Arsenal" 2003-cü ildə Ronaldonu transfer etməyə yaxın olsa da, bu şansı qaçırıb. London klubu təklif göndərməkdə gecikdiyi üçün Kriştianu "Mançester Yunayted"ə yollanıb.

5. Yeniyetmə yaşlarında komandası uduzanda Ronaldo çox məyus olurmuş. Bu səbəbdən onu "Ağlayan uşaq" deyə çağırıblar.

6. "Twitter"də Ronaldonun 14 milyondan çox izləyicisi var.

7. Hər oyundan öncə Ronaldo butslarını 20 dəqiqə isladır ki, ayağına daha rahat olsun.

8. Ronaldonun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top saatda 80 mil sürətlə gedir. Heç bir qapıçı istəməz ki, bu cür zərbə ilə üz-üzə qalsın.

9. Ronaldo anasını sağaldan xəstəxanaya 100 min avro bağışlayıb.

10. Bir dəfə "Buqatti-Veyron"a qarşı avtomobil yarışına çıxıb və qalib gəlib.

11. Ronaldo uşaqlıqdan futbolçu olmağı arzulayıb və yatanda futbola aid əşyalarını çarpayısının yanında saxlayıb.

12. "Facebook" sosial şəbəkəsində 50 mindən çox "layk" toplayıb.

13. Kriştianu adlı bir oğlu var.

14. "Real"da 20-30 yaş arasında bir mövsümə 40 qol vuran ilk futbolçudur.

15. "Armani", "Suzuki", "Nayk", "Kastrol" və "Koka-Kola" şirkətlərinin reklam çarxlarında yer alıb.

16. Ronaldo stolüstü tennisi də yaxşı oynamağı bacarır.

17. Müsahibələrinin birində deyib ki, futbolçu olmasaydı, ofisiant olacaqmış.

18. Qorxulu kinoları izləməyin həvəskarıdır.

19. 2003-cü ildə "Mançester Yunayted"ə qarşı keçirilən yoldaşlıq oyununda yaxşı təsir bağışladığı üçün "mankunianlar"ın əfsanəvi futbolçuları baş məşqçi Aleks Ferqyusondan onun alınmasını tələb edib.

20. Məktəbdə ən çox sevdiyi fənn tarix olub.
 
Lent.az
 





24.11.2014    çap et  çap et