525.Az

Dünən iqlim normasından aşağı temperatur qeydə alınıb


 

Dünən iqlim normasından aşağı temperatur qeydə alınıb<b style="color:red"></b> Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bu, ilkin proqnozdur və yaxın saatlarda daha ətraflı məlumat veriləcək.
 
Onun sözlərinə görə, dünən ölkə ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb. Belə ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub.
 





24.11.2014    çap et  çap et