525.Az

Millət vəkili: "Bu o demək deyil ki, sən məni təhqir etməlisən"


 

Millət vəkili: "Bu o demək deyil ki, sən məni təhqir etməlisən"<b style="color:red"></b>

“Azərbaycanda müxalifət tərəfindən iqtidarın uğurları, yaxşı işləri etiraf edilmədikcə, adi  məsələlər belə qəsdən  tünd boyalarla verilməkdə davam etdikcə,  siyasi mədəniyyət bu səviyyədə qaldıqca, o zaman ölkədə siyasi institutların formalaşmasında ciddi problemlər olacaq. Eyni zamanda, Azərbaycanda qütbləşmə daha da sürətlənəcək və biz heç zaman vahid ortaq bir məxrəcə gəlib çatmayacağıq”.

525.az-ın məlumatına görə, bunu  mətbuata açıqlamasında millət vəkili Azay Quliyev dilə gətirib.“Bunu deməklə, mən heç də iqtidarın məsuliyyətini kənara atmıram. Mən demirəm ki, burada iqtidarın məsuliyyəti yoxdur. Bəli, iqtidarın da burada məsuliyyəti var”-deyən, millət vəkili eyni zamanda hesab edir ki,  bu gün bu istiqamətdə başlanmış dialoqlar daha da qabarıq aparılmalıdır.

 “Bu dialoqlar real işə, əmələ keçirilməlidir. Qarşı tərəf dinlənilməlidir. Amma onun da bir mədəniyyət forması olmalıdır. Bir-birimizə hörmət edərək, bir-birimizi təhqir etmədən, aşağılamadan, şər-böhtan atmadan  bunları etməliyik. Sən müxtəlif fikirdə ola bilərsən, mən ona hörmət etmək zorundayam.

 Amma bu o demək deyil ki, sən müxtəlif fikirdə olduğuma görə məni təhqir etməlisən və ya məni aşağılamalısan. Ona görə də mən hesab edirəm, bu məsələdə birinci növbədə  mühitin, ab-havanın yaxşılaşmasına ehtiyac var”-deyə,A.Quliyev sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

 





19.11.2012    çap et  çap et