525.Az

Azərbaycanı layiqincə təmsil edən ziyalı


 

Azərbaycanı layiqincə təmsil edən ziyalı<b style="color:red"></b>

Onun haqqında çox oxumuşdum, çox eşitmişdim. Həm elmi, həm bədii yaradıcılığı barədə əhatəli məlumatım var idi. Amma nədənsə elə bil onun haqqında deyilənlər mənə inandırıcı gəlmirdi. Düşünürdümnecə ola bilər ki, gənc bir alim bu qədər yerli xarici miqyaslı uğurlara imza atsın həmin uğurların hamısı beynəlxalq aləmdə yüksək səviyyədə qəbul edilsin? Üstəlik beynəlxalq  elm ictimaiyyəti onun uğurlarını təkcə qəbul təqdir etmir, həm dövri olaraq  yüksək mükafatlara layiq görür. Bu, necə ola bilər? – deyə düşündüyüm 2008-ci ildəbir elmi məclisdə şəxsi tanışlığımıza imkan yarandı.  Mən həmin tanışlıqdan sonrakı illər ərzindəbir çox  tədbirlərdə birgə iştirakımızdan, birgə xarici səfərimizdən, toy-bayramlarda, müxtəlif tədbirlərdə  ünsiyyətimizdən  sonra təkcə onun uğurlarını təqdir etmədim, həm   həyatda  yorulmaz, elmdə təşəbbüskar, bədii yaradıcılıqda isə  incə zövqlü, qaynar ilhamlı, eyni zamanda prinsipial xarakterli olan bu soydaşımızla fəxr etməyə başladım.

Söhbət professor Elçin İsgəndərzadədən gedir. Mən onu hörmətli oxuculara sadəcə professor kimi təqdim etdim. Bu qənaətim təkcə ona görə deyil ki, professor titulunu digər titullardan daha üstün tuturam. Yox. Sadəcə, onun digər titullarını qeyd eləmək imkanımız yoxdur. Həm yazının həcmi baxımından, həm vaxt etibarilə. Onun haqqında olanVikipediyamaterialını oxumaq kifayətdir ki, oxucu mənim bu fikrimlə razılaşsın. Hər halda, aşağıda bu barədə bəzi məqamlardan söz açmağa çalışacağıq. İndi isə bu sətirləri qələmə almaqda bizə kömək olmuş bir neçə fraqmentə diqqət yetirək.

2008-ci ilin mart ayı. BakıdaBakıxanovların ekran təcəssümüadlı kitabın təqdimat mərasimi keçirilir. Çoxsaylı çıxışlardan sonra SSRİ Xalq artisti, akademik Arif Məlikov Bakıxanovlar nəslinin görkəmli simaları haqqında olan nəşr materiallarının beynəlxalq aləmə çıxarılması zərurətini vurğulayır təklif edir ki, bu məsələ konkret olaraq bir şəxsə həvalə edilsin. İndi digər bir görkəmli ziyalının  akademik Bəkir Nəbiyevin dediklərinə fikir verin: – Fikrimcə, bu işi lazımınca yerinə yetirə biləcək alimimiz Elçin İsgəndərzadədir. Bu ətraf ölkələrdə elə bir qəzet-jurnal redaksiyası, yaradıcı birlik yoxdur ki, orada Elçin İsgəndərzadənin dostu, tanışı olmasın. Hamımızdan gənc olsa da, xaricdə Azərbaycan elmini, ədəbiyyatını tanıtmaq üçün kifayət qədər səy göstərib. İnanıram ki, bu sahədə səyləri müsbət nəticələr verəcəkdir.

2012-ci ilin iyun ayı. İstanbulun bütövlükdə Türkiyəninən böyük konsert konqre sarayıkimi tanınan Lütvi Kirdar sarayı. Peyğəmbər (salavatullah) nəslindən olan böyük şair,  filosof, görkəmli xeyriyyəçi din xadimi Əs-Seyyid Osman Hülusi Darendevi mövzusunda beynəlxalq simpoziuma toplaşmışıq. Tədbirdə Avropanın Asiyanın əksər ölkələrini təmsil edən onlarla görkəmli alim iştirak edir. Simpoziumun başlanmasından əvvəl alimlər bir-biri ilə tanış olmağa çalışır, gələcək əməkdaşlıq barədə söhbət edirlər. Türkiyədən, İraqdan, Pakistandan, Makedoniyadan, Şimali Kiprdən olan alimlər isə yaxınlaşaraq Azərbaycan nümayəndə heyətinin üzvü Elçin İsgəndərzadə ilə qardaş kimi görüşür, dostcasına qucaqlaşır səmimi söhbət edirlər.  Bu iftixargətirən məqam mənim nəzərimdən yayınmır şahidi olduğum faktların  təəssüratını köhnə dostumuz,  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Ankara bürosunun sədri, professor Hayretdin İvginlə bölüşürəm. Professor çox maraqlı cavab verir: – Elçin bəy  bütün şərq xalqlarının elm ictimaiyyəti arasında tanınmış alimdir. Qardaş azərilər Qarabağı təmsil etmək üçün  beynəlxalq aləməQarabağfutbol komandasını,  Şuşanı təmsil etmək üçün isə Elçin İsgəndərzadəni göndərsələr, kifayətdir. Onun Azərbaycanı təmsil etdiyi ünvanların  siyahısında Avropanın Asiyanın 50-dən çox ölkəsi var. Odur ki, xarici alimlərin Elçin bəyin başına toplaşmasını tam təbii qarşılayın.

2013- ilin dekabr ayı. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhəri.  Səudiyyə Ərəbistanı, Azərbaycan Orta Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın perspektivləriadlı konfransa toplaşmışıq. Orta Asiya ölkələrini təmsil edən həmkarlarımızla söhbət zamanı  mən Maqsud Şeyxzadədən söz açdım. Özbəkistan Xarici İşlər Nazirliyinin internet xəbərlər buraxılışının baş redaktoru olan bir həmkarımız mənim azərbaycanlı olduğumu biləndə professor Elçin İsgəndərzadəyə salamlar söyləməyimi xahiş etdi vurğuladı ki, Elçin bəy türk xalqları arasında ədəbi əlaqələrin möhkəmləndirilməsinə xüsusi töhfələr verən, qeyri-adi enerjiyə malik bir ziyalıdır.

Bu üç  faktdan sonra, lap elə əvvəl ,  eşitdiyim şahidi olduğum bir çox məqamlara görə əvvəllər Elçin  haqqında  eşitdiklərimə inanmadığıma görə sadəcə özüm özümü qınadım. Həmişə belə olub. Biz kiminsə alimini, yazıçısını, şairini tərifləyə-tərifləyə göylərə qaldırmışıq. Sonra məlum olub ki, təriflədiyimiz  adam onun Azərbaycandakı həmkarlarının  yanında qat-qat kiçik görünür. Qərəz...

Bəs əcnəbilər üçün Elçin İsgəndərzadənin elmi ədəbi yaradıcılığını yüksək qiymətləndirirlər? Yaxud, onun bu qədər uğurlar qazanmasının təməlində dayanır?  Bu suallara cavab tapmaq üçün əlimizdə olan materiallara müraciət etdik.

Öyrəndik ki, qəhrəmanımız 1964- ildə Azərbaycanın dilbər guşələrindən olan  Şuşa şəhərində anadan olub orta məktəbi Ağdam şəhərində  Qızıl medalla bitirib. Adlı təqaüdçü kimi təhsil aldığı Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini   fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Azərbaycan Ali məktəb tələbələrinin Ümumrespublika Elmi Konfranslarında beş dəfə Birinci dərəcəli diploma layiq görülüb. 1982-ci  ildə Omsk şəhərində  keçirilən Ali riyaziyyat fənni üzrə Ümumittifaq olimpiadasının diplomantı olub. 1983- ildə M.Bauman adına Moskva Ali Texniki Məktəbdə keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomantı olub. 1984 – ildə  Ən yaxşı tələbə elmi işi üçünmedalı ilə təltif olunub. Sank-Peterburq Texniki Universitetində Maşınqayırmanın Texnologiyası fənni üzrə keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomantı olub.1985-ci ildə A.Sneckaus adına Vilnüs Politexnik İnstitutunda keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomantı olub elmi əsəri kitabda çap olunub.Tallin Politexnik İnstitutunda  keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomantı olub elmi əsəri kitabda çap olunub. Yəqin, hörmətli oxucu indi bildi ki, mən üçün yazının əvvəlində sadəcə professor Elçin İsgəndərzadə yazmaqla kifayətləndim. Bu adamın hələ tələbəlik illərində qazandığı nailiyyətlər bütöv bir abzas oldu.

Elçin İsgəndərzadə böyük ədəbiyyata Xalq şairi Məmməd Arazın xeyir-duası ilə gəlmiş sonrakı illərdə yenilik ruhlu ədəbi üslubuna sadiq qalaraq, son illər ədəbiyyatımızın Dünya təmsilçilərindən birinə çevrilmişdir.

O, tələbə kimi öz üzərində  çalışmaqla yanaşı elmi ixtiraları ilə yadda qalıb. 1986 – ildə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Qızıl medalına layiq görülüb. İlk elmi ixtirası Bakı Məişət Kondisionerləri zavodunda istehsalata tətbiq olunub ildə 1,2 milyon rubl iqtisadi səmərə verib. Minsk Politexnik İnstitutunda (Belorusiya) keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomantı olub. 1989-cu ildə  Maşın mexanizmlər nəzəriyyəsiixtisası üzrə Azərbaycan Texniki Universitetinin aspiranturasına qəbul olunub. 1989-2014- illərdə dünyanın müxtəlif ölkələrində keçirilmiş 100-dək beynəlxalq, regional respublika miqyaslı elmi qurultay, konqres, simpozium konfransların iştirakçısı olub. 1991-ci ildə  Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilənDəyişən quruluşlu mexanizmlər texnikadaBeynəlxalq elmi konfransında Azərbaycanı təmsil edib. 1993 – ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Uyğun ixtisas üzrə keçmiş İttifaqın Azərbaycanın ən gənc alimi olub.  1997-ci ildəAkademik Yusif Məmmədəliyevmükafatına medalına layiq görülüb. Fikrimizcə, bütün bunlar Elçin İsgəndərzadənin dünyada tanınmasına səbəb olan təməllər idi.

İndi isə Elçini beynəlxalq aləmdə daha çox tanıdan illərin başlanğıcı barədə. Gənc alim 1994 – ildəVEKTORBeynəlxalq Elm Mərkəzini təsis edib.   2000-ci ildəQızıl Qələmmükafatına layiq görülüb. “VEKTORBeynəlxalq Elm Mərkəzi tərəfindən Xudu Məmmədov adına Beynəlxalq Elm mükafatı Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təsis edib. 2012-ci ildə  texnika elmləri doktoru, professor elmi adına layiq görülüb. O, eyni zamanda filologiya elmləri doktorudur.  Nyu-York Elmlər Akademiyasının,  Qafqaz XalqlarıBeynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının,   Beynəlxalq Kadr Akademiyasının, Təbriz Dil Kültür Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının,  Gürcüstan Milli Akademiyasının, İtaliya Beynəlxalq Elmlər Akademiyasının, Vatikan Bonefisiana Akademiyasının, Avropa Mədəniyyət Akademiyasının həqiqi (akademik) üzvü seçilib. “BAYATIBeynəlxalq ədəbi-sənət  jurnalını  təsis edib baş redaktoru seçilib.”VEKTORBeynəlxalq elm jurnalını təsis edib baş redaktoru seçilib. “VEKTORNəşrlər Evini təsis edib. UluslararasıNizamidən Yunus Əmrəyə-Atatürkdən Heydər Əliyevə uzanan sevgi yoluBeynəlxalq  simpoziumunun təşkilat komitəsinin düz 10 ildir ki, həmsədridir.

Azərbaycan yazıçılarının X, XI XII qurultaylarının nümayəndəsi olub. 2010-cu ildə Dünya Böyük Şeir Mükafatı (The World Grand Prize for Poetry) ilə təltif edilib.

Kitabları dünyanın 20-dən çox ölkəsində (Almaniya, İran, Türkiyə, Quzey Kıbrıs, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Rusiya, Suriya, Bolqarıstan, Rumıniya, Makedoniya, Gürcüstan, Albaniya s.) yerli xalqların dillərinə cevrilərək  çap olunub. 2006- ildə  müqəddəs həcc ziyarətində olub.   Avropanın fəxri alimi mədəniyyət səfiridir. Azərbaycan, Rusiya, Türkiyə, Makedoniya, Qırğızıstan, Kosova, Bolqarıstan digər ölkələrin Yazarlar Birliyinin üzvüdür.

200-dən çox elmi əsərin, 47 ixtiranın, 14 monoqrafiya dərs vəsaitinin, 85 bədii elmi kitabın, 130 çevirmə kitabının müəllifidir. 300-dək bədii elmi kitabların elmi redaktoru olub. “Ədəbiyyatqəzetinin (Azərbaycan), “Mars  (Azərbaycan), “Alov  (Azərbaycan), “Kümbət” (Türkiyə), “Turnalar  (Quzey Kıbrıs), “Kaynak  (Bolqarıstan), “Türkçem  (Kosova), “Jalın  (Kazaxıstan), “Yeni nəşrlər” (Azərbaycan), “Yazıçı  (Azərbaycan), “Kərkük  (İraq), “Sürməli  (Türkiyə), “İhlamur” (Türkiyə) digər jurnalların nəşrlərin redaksiya heyətinin üzvüdür. Avrasiyanın bir çox ölkələrində yaradıcı birliklərin üzvü olsa da, ən çox Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğuna görə fəxr edir.

Elçin İsgəndərzadə  elmi ədəbi uğurlarına görə Avropa Şərəf Ordeni (Cenevrə), V.V.Mayakovski ordeni (Rusiya), “Elm Təhsilin inkişafındakı xidmətlərinə görəBöyük Qızıl Ordeni (Ukrayna),  A.P.Çexov medalı (Rusiya), A.S.Puşkin medalı (Rusiya), Leonardo Da Vinçi medalı (İtaliya), İ.V.Göte medalı (Almaniya), S.Yesenin Qızıl medalı (Rusiya), “Roma şəhərinin fəxri alimimedalı (İtaliya) digər orden medallarla təltif olunub.

Hal-hazırda Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektorunun müşaviri Metrologiya standartlaşdırmakafedrasının professoru vəzifəsində çalışan Elçin İsgəndərzadə eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərir. O, bu ilin may ayında Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2007-ci il tarixli 612 saylı Fərmanına əsasən Prezident Mükafatına layiq görülüb.

Özbəkistanlı dostumuzun dediyi kimi Elçin İsgəndərzadə sözün həqiqi mənasında türk dünyasının elminə ədəbiyyatına, ədəbi-mədəni əlaqələrinin daha da genişlənməsinə  xüsusi töhfələr vermiş ziyalı soydaşımızdır. Elə sərlövhədə qeyd etdiyimiz kimi o, ömrünün geridə qalan əlli ilində bir ziyalının təxminən yüz ildə görə biləcəyi işləri reallaşdırıb. Alim şair dostumuza uğurlar arzulayırıq.

 





24.11.2014    çap et  çap et