525.Az

Poroşenko NATO-ya girmək anonsu verdi


 

Poroşenko NATO-ya girmək anonsu verdi<b style="color:red"></b>

Noyabrın 24-ü Kiyevdə mətbuat konfransı keçirən Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya girmək perspektivindən danışıb.
 
“Media forum” saytının məlumatına görə, dövlət başçısı deyib: “NATO-ya girib-girməmək Ukrayna xalqının müstəsna hüququdur. Biz NATO-nun tələblərinə cavab vermək üçün kriteriyalar hazırlamışıq. Bu istiqamətdə nəzərdə tutulan işlər başa çatandan sonra Ukrayna xalqı NATO-ya girib-girməmək məsələsini referendumda həll edə bilər”.

Ötən həftə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskvaya Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağı barədə yüz faiz təminat vermək gərəkdir.

2014-cü il fevralın 22-də Ukraynada hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib, şərq vilayətlərində isə separatçı Donetsk və Luqansk rejimləri yaradıb. Bu iki vilayətin bir hissəsi işğal altındadır.

Ağır basqılara baxmayaraq Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi imzalayıb və Qərbə, o cümlədən NATO-ya sıx inteqrasiya kursu seçib.

 





24.11.2014    çap et  çap et