525.Az

Pelenin səhhəti yenidən pisləşib


 

Pelenin səhhəti yenidən pisləşib<b style="color:red"></b> Braziliya və dünya futbolunun canlı əfsanəsi Pelenin səhhəti yenidən pisləşib.
 
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 74 yaşlı Edson Arantis du Nasimentu sidik yollarının infeksiyası diaqnozu ilə San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya çatdırılıb.
 
Xatırladaq ki, 10 gün əvvəl sidik kisəsi və böyrəyindəki daşlardan əziyyət çəkən  Pele həmin xəstəxanada əməliyyat olunub. Noyabrın 22  Pele evə buraxılmışdı, futbol kralına bir müddət evində istirahət etməsi məsləhət görülmüşdü
 





25.11.2014    çap et  çap et