525.Az

Ərdoğan: "7 milyonun haqqı 5 liderin dodaqlarının arasına sığmaz"


 

Ərdoğan: "7 milyonun haqqı 5 liderin dodaqlarının arasına sığmaz"<b style="color:red"></b>

Avrasiya İslam Şurasında çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan BMT-yə güvənmədiyini bildirib.

BMT Təhlükəsizlik Şurasının Fələstin və Suriyadakı insanlıq dramına laqeyd qalmasını tənqid edən Ərdoğan şuranın daimi üzvləri arasında bir müsəlman ölkənin belə olmamasına diqqət çəkib: "Bunlardan biri "yox" dediyi zaman iş bitir. Bu günə qədər bizim lehimizə atılan bir addım varmı? Digər tərəfdən, İsrail əleyhinə verilən heç bir qərarı yerinə yetirmir, amma sanksiya varmı? Yoxdur".

BMT-də yeni strukturlaşmanın şərt olduğunu bildirən Ərdoğan "7 milyon insanın haqqı 5 liderin dodaqlarının arasına sığmaz" deyib:
 
"Biz Türkiyəni BMT Təhlükəsizlik Şurasına qəbul edin demirik. Daimi üzvlərin müəyyən bir sayı olsun. Amma hər qitənin və inanc qruplarının təmsilçiləri olsun. Dövr edən bir sistem olsun. Ölkələr sabit qalmasın. Bir-birinə nəzarət edən struktur olmalıdır. Bu olmadığı üçün Suriyada 50 mindən çox insan öldü. Yaralıların sayı məlum deyil. 120 min insan konteynerlərdə yaşayır. BMT Təhlükəsizlik Şurası nə edir? Yalnız müşahidə edir, nəsihət verir. Bu qurum nə üçün yaradılıb? Dünyada sülhü təmin etmək üçün. Bunu bacarmırsa, nə mənası var?"

TRT

 





19.11.2012    çap et  çap et