525.Az

Cəbhə xəttində silahlar susmur


 

Cəbhə xəttində silahlar susmur<b style="color:red"></b> Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 73 dəfə pozulub.
 

525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutub.
 
Bundan başqa Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Şıxlar, Baş Qərvənd, Kəngərli, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
 
Düşmən cavab atəşi ilə susdurulub.
 





25.11.2014    çap et  çap et