525.Az

Bakıda "Ağ ölüm" tamaşası


 

Bakıda "Ağ ölüm" tamaşası<b style="color:red"></b> Noyabrın 28-də saat 19.00-da  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq.
 
Teatrdan Lent.az-a verilən məlumata görə, V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən yeni tamaşa “Ağ ölüm” adlanır. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
 
Gəncləri və yeniyetmələri narkotik kimi qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları  əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.
 





25.11.2014    çap et  çap et