525.Az

Pirallahıda abadlıq-quruculuq işləri davam edir


 

Pirallahıda abadlıq-quruculuq işləri davam edir<b style="color:red"></b> Paytaxtın yeni yaradılmış Pirallahı rayonunda abadlıq-quruculuq işləri davam edir.

Lent.az-ın məlumatına görə, rayonun Gürgən qəsəbəsində dağ massivindən ibarət 3 fərqli kompozisiya inşa edilib. Hər üç dağ kompozisiyasının üzərində və ətrafında yaşıllıqlar salınıb, tərtibat işləri həyata keçirilib. Təpəciyin üzərində “Pirallahı” sözü yazılıb. Kompozisiyanın ətrafına dekorativ güllər və ağaclar əkilib.
 
Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 140 və 100 yerlik iki körpələr evi-uşaq bağçasının inşaat işləri də davam etdirilir.
 
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir.
 
S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün ümumi sahəsi 3000 kvadrat metr təşkil edən yeni inzibati binanın inşasına başlanılıb. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi isə başa çatdırılıb. Ərazidə son tamamlama işləri görülür.
 
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə də start verilib. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır.
 
Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülüb. Ərazilər təmizlənərək abadlaşdırılır.
 
Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.
 





25.11.2014    çap et  çap et