525.Az

“Bavariya” “Real”ın futbolçusunu alır


 

“Bavariya” “Real”ın futbolçusunu alır<b style="color:red"></b> Madrid “Real”ının yarımmüdafiəçisi Sami Xedira yanvarda klubunu dəyişəcək.
 
Lent.az-ın məlumatına görə, 27 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirməyə çox yaxındır. Belə ki, onunla “Bavariya” danışıq aparır. İspan mediası madridlilərin də bu transferə qarşı olmadığını iddia edir.

Danışıqlar baş tutsa, Münhen klubu Xediranın transferinə 7,6 milyon avro xərcləyəcək. Futbolçunun son zamanlar oyun praktikasının az olması onun qiymətinə də təsir edib.

Qeyd edək ki, Xedira 2010-cu ildən “Real”ın formasını geyinir. O bu vaxta qədər “kral klubu”nun heyətində 150 matçda 9 qola imza atıb.
 





25.11.2014    çap et  çap et