525.Az

Myanma prezidentindən Obamaya hədiyyə


 

Myanma prezidentindən Obamaya hədiyyə<b style="color:red"></b>

Obamanın Myanma səfəri ərəfəsində 66 məhkum azadlığa buraxılıb.
 
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçən həftə 452 məhkumu əfv edən prezident Tein Sein Obama Myanmaya gəlmədən əvvəl də 66 nəfəri bağışlayıb.

Müxalifət təmsilçisi Soe Tun azadlığa buraxılan 66 məhkum arasında məşhur insan haqları müdafiəçiləri də daxil olmaqla 44 siyasi məhbusun olduğunu söyləyib.

Myanmada 50 ilə yaxın davam edən hərbi rejimdən sonra keçən ilin mart ayında iqtidara gələn hökumət bir sıra islahatlar həyata keçirib. Yüzlərlə siyasi məhbusu azadlığa buraxan, etnik qruplarla atəşkəs imzalayan, mətbuat azadlığını genişləndirən və nəzarət qanunlarını yüngülləşdirən hökumət aprelin 1-də də ara seçkilər keçirib.

Asiya səfərinin ikinci dayanacağı olan Myanmaya gedən Obama Tein Seinlə görüşüb. Ağ Evin səfərlə bağlı açıqlamasında Obamanın "Təzyiq göstərmək əvəzinə insanların təşkilatlanma haqqına hörmətlə yanaşmalıyıq. Çətinləşdirici olmaq əvəzinə mediadakı senzura pərdəsini qaldırmağa davam etməliyik" sözlərinə yer verilib.

ABŞ prezidenti "Myanmaya sözümü yerinə yetirmək və dostluq əli uzatmaq üçün gəldim. Bu gün burada gördüyüm irəliləmə atəşi Myanma xalqının parıldayan ulduzu olmalıdır" deyib.

 





19.11.2012    çap et  çap et