525.Az

Yeni helikopterlər alınıb


 

Yeni helikopterlər alınıb<b style="color:red"></b> İtaliyanın “AgustaWestland” şirkəti Azərbaycanın sifariş verdiyi AW-139 və AW-189 markalı helikopterlərin ölkəyə çatdırılması prosesini yekunlaşdırıb.

Bu barədə APA-ya “AgustaWestland” şirkətindən məlumat verilib.
 
Müqavilə çərçivəsində Azərbaycan 8 ədəd AW-139, 2 ədəd AW-189 tipli helikopter alıb. Müqavilənin dəyəri 115 milyon avro təşkil edib.
 
Helikopterlər hər cür hava şəraitində fəaliyyət göstərə bilir. Axtarış-xilasetmə (SAR) missiyaları üçün nəzərdə tutulan helikopterlər pis hava şəraitində və gecə vaxtı uçuş-axtarış imkanları verən gecəgörmə sistemi və FLİR kamerayla təchiz olunub.
 





25.11.2014    çap et  çap et