525.Az

Lənkaranda 19 nəfər xilas edilib


 

Lənkaranda 19 nəfər xilas edilib<b style="color:red"></b> Bu gün Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub.

525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Əraziyə cəlb olunmuş nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalmış 9 nəfəri uşaq olmaqla 19 nəfəri xilas edilərək təhlükəsiz əraziyə təxliyə ediliblər.
 
Xatırladaq ki, hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
 





25.11.2014    çap et  çap et