525.Az

"Prosineçki Azərbaycan millisində 1.5 milyon avro qazanacaq"


 

"Prosineçki Azərbaycan millisində 1.5 milyon avro qazanacaq"<b style="color:red"></b>

Robert Prosineçkinin milli komandamızın baş məşqçisi olacağı dəqiqləşib.

Qol.Az-ın məlumatına görə, bu barədə Xorvatiya mətbuatı xəbər yayıb.

Məlumatda bildirilir ki, Parisdə müzakirələr aparan AFFA nümayəndələri və Prosineçki üç gün əvvəl yenidən bir araya gəlib və razılıq əldə olunub. Xorvatiyalı mütəxəssisin müqaviləyə əsasən 1.5 milyon avro qazanacağı da qeyd olunub. Həmçinin, xəbərdə dekabrın 2-də Prosineçkinin təqdimat mərasimi keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Prosineçki dünən  Premyer Liqamızın 13-cü turunun “Xəzər-Lənkəran” - “Neftçi” görüşünü izləyib. Bundan əlavə o, "Qarabağ" Fransada "Sent Etyen"lə oyununu da canlı izləyəcək.

 





25.11.2014    çap et  çap et