525.Az

Tibb Universitetinə 5 milyon manat ayrıldı


 

Tibb Universitetinə 5 milyon manat ayrıldı<b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisinin tamamlanması və müasir avadanlıqla təchiz edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Tibb Universitetinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 





19.11.2012    çap et  çap et