525.Az

AFFA-dan "cəza yağışı"


 

AFFA-dan "cəza yağışı"<b style="color:red"></b> Azərbaycan çempionatının 13-cü turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında baş verənlərlə bağlı AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.
 
Lent.az-ın məlumatına görə, “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 16-cı dəqiqəsində bakılıların futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb və klubunu 200 manat ziyana salıb.
 
Onun komanda yoldaşı Elnur Allahverdiyevin cəzası daha ağır olub. İkinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan müdafiəçi oyun bitdikdən sonra AFFA, PFL və hakimi təhqir etməyinin cəzasını alıb. Allahverdiyev bu səbəbdən 6 oyunluq cəzalanıb, “Neftçi” 5200 manat cərimə olunub.
 
45+2-ci dəqiqədə “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb, klubu isə 2000 manat ziyana düşüb.

Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib.

Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. 74-cü dəqiqədə həmin hərəkətə yol verən Əfran İsmayılovla bağlı qərar da eyni olub.
 
Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən  meydançaya kənar əşya atılmasına görə isə klub 2000 manat cərimələnib.
 
 





25.11.2014    çap et  çap et