525.Az

Mədəniyyət və İncəsənət Universitetində "Çölçü" nümayiş etdirilib


 

Mədəniyyət və İncəsənət Universitetində "Çölçü"  nümayiş etdirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Çölçü"  bədii filminin yaradıcı heyəti ilə görüş keçirilib.

Görüşdə "Çölçü"  bədii  filminin   rejissoru  Şamil Əliyev, ssenari  müəllifi, baş rolun ifaçısı Vidadi  Həsənov və  Bəhruz  Vaqifoğlu  iştirak  ediblər. Universitetin rejissor sənəti fakultəsinin tələbə və müəllimlərinin iştirak etdiyi görüş filmin nümaişi ilə başlayıb.

Əsərin  ssenari  müəllifi, həm də "Yuğ" teatrının  aktyor  və  rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist  Vidadi  Həsənov  görüş iştirakçılarını film  barədə  məlumatlandırıb.

Film iştirakçılara  təqdim  olunduqdan  sonra  böyük  alqışlarla  qarşılanıb.  Müzakirə şəklində davam edən görüşdə rejissor  Şamil Əliyev və filmin quruluşçu operatoru, Əməkdar incəsənət xadimi, dosent Rafiq Quliyev tələbələri maraqlandıran sualları  cavablandırıblar.

 





25.11.2014    çap et  çap et