525.Az

İlham Əliyev "Bakı-2015"ə hazırlıq işlərinin gedişi ilə tanış olub


 

İlham Əliyev "Bakı-2015"ə hazırlıq işlərinin gedişi ilə tanış olub<b style="color:red"></b> Noyabrın 25-də prezident İlham Əliyev gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkə başçısı bu məqsədlə paytaxtın bir sıra ərazilərində olub, icra edilən layihələrin gedişi və həyata keçirilən yenidənqurma və inşaat işləri ilə maraqlanıb.

İlham Əliyev Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının ətrafında həyata keçirilən abadlıq tədbirləri və müxtəlif idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə də tanış olub.

Prezident işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
 





25.11.2014    çap et  çap et